Yaponiyadan 246 milyonluq kredit alacaqlar
Ukrayna bu ilin sonuna qədər Yaponiyadan 246,5 milyon dollar həcmində kredit əldə edəcək.
"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Maliyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ukrayna bununla bağlı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə saziş imzalayıb.