Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə nümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərginin əhəmiyyətindən danışıb. O qeyd edib ki, ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam Faiq Əhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirib. “Təqdim edilən əsərlər bundan əvvəl ABŞ-ın Havay, Kaliforniya ştatlarının, Nyu-Orlean şəhərinin, Niderland, İsveç və digər ölkələrin nüfuzlu muzeylərində nümayiş etdirilib. Bu sərgidə, həmçinin “Sosial anatomiya” (2016) və “Sən bir sirsən” (2024) adlı videoçarxlar da yer alıb. Almaniyada işıq üzü görmüş “Faig Ahmed” adlı yeni kitabın təqdimatı da reallaşacaq”, - deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Bu sərgini uzun müddətdir gözlədiyini diqqətə çatdıran C.Səlimxanov deyib: “Faiq Əhməd qeyri-adi düşüncəyə və yaradıcılığa sahib sənətkardır. O, daim dünya trendlərini izləyir və öz üzərində işləyir. Onun 13 illik fəaliyyətinin bəhrəsini burada görürük. Bu əsərlər müasir incəsənət anlayışımıza töhfə verir. Dünyada Azərbaycanın mədəni brendinə çevrilən sənətkarın işlərində həm kompüter texnologiyası, həm də insan əməyinin harmoniyasını görürük. Müəllifin əsərləri indiyədək Heydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi (San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Çikaqo İncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbər mədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib”.

Əməkdar rəssam Faiq Əhməd isə yaradıcı komandasının əməyini xüsusi vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi dekabrın 30-dək davam edəcək.














Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930