Fransada siyasi böhran dərinləşir - Makron istefa verə bilər


Fransada hökumətin istefasından sonra prezident Emmanuel Makron üçün yeni baş nazir təyin etmək və parlamentdə dəstək qazanmaq çətinləşib.

“The New York Times” yazır ki, bu vəziyyət Makronun siyasi mövqelərini zəiflədə və hətta onun istefası ilə nəticələnə bilər.

Qanunvericilik orqanında üç əsas blok var,solçular, sağ-mərkəzçi koalisiya və ifrat sağçılar parlamentin işini iflic edib. Qəzet qeyd edir ki, yeni hökumət də mövcud vəziyyəti dəyişməyəcək. Makron hüquqi baxımdan istənilən şəxsi baş nazir postuna gətirə bilər, amma siyasi reallıq onu parlamentin ən azı büdcə qəbul edilənədək dəstəkləyə biləcəyi fiquru seçməyə məcbur edir.

Ekspertlərə görə, Makronun gələcəyi ilə bağlı bir neçə ssenari var. Bunlardan biri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərdir, amma bu addım mərkəzçi koalisiyanın daha çox yer itirməsinə səbəb ola bilər.

Prezidentin istefası ehtimalını isə qəzet daha radikal, amma mümkün variant hesab edir. Beşinci Respublika tarixində belə hal yalnız bir dəfə baş verib. Belə ki, 1969-cu ildə Şarl de Qoll referendumda məğlubiyyətdən sonra vəzifədən gedib.

“Le Figaro”nun sorğularına görə, hazırda Makrona cəmi 15% seçici etibar edir. Bu isə vəziyyəti daha da çətinləşdirir.

Qeyd edək ki, böhran hökumətə etimadsızlıq səsverməsi ilə başladı. Baş nazir Fransua Bayru təqdim etdiyi 2026-cı il büdcə layihəsində 44 milyard avro qənaət məqsədilə vergilərin artırılması, pensiya və sosial ödənişlərin azaldılması, həmçinin Pasxa sonrası bazar ertəsi və 8 may – Avropada Qələbə Günü kimi iki bayram gününün ləğvini təklif etmişdi. Bu isə parlamentdə kəskin etiraz doğurdu.

Yelisey sarayı bildirib ki, Makron yaxın günlərdə yeni baş naziri təyin edəcək.

Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031