ABŞ hökuməti Ekvadorda hərbi baza yerləşdirmək və orada Amerika hərbçilərinin yerləşdirilməsi məsələsini öyrənir.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransı zamanı deyib: “Biz ABŞ qoşunlarının Ekvadorda uzunmüddətli əsasda, əlbəttə ki, Ekvador hökuməti ilə əməkdaşlıqda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq”.

Rubio xatırladıb ki, ABŞ-nin əvvəllər Ekvadorda hərbi bazası olub, lakin 2009-cu ildə onlar ovaxtkı prezident Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunlarını geri çəkməyə məcbur olublar.

“Bizi dəvət etsələr, bu ehtimalı nəzərdən keçirəcəyik”, - deyə rəsmi əlavə edib və məsələnin strateji əhəmiyyətini vurğulayıb.

Bundan əlavə, Rubio Ekvadora təhlükəsizliyin gücləndirilməsi, o cümlədən “narkotik ticarəti və cinayətkarlıqla mübarizə” üçün 13,5 milyon dollar ayrıldığını açıqlayıb. ABŞ, həmçinin ölkənin donanmasını gücləndirmək üçün Ekvadora 6 milyon dollar dəyərində pilotsuz uçuş aparatları verməyi planlaşdırır.

Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930