Xəbərlər
3.09.2025, 19:33
Geriyə qayıtmır ömür qatarı - FOTO
HİKMƏT MƏLİKZADƏ,
Yazıçı-publisist
Yazıçı-publisist
Nə vaxtdı küsmüşəm hamıdan... boş ver,
Qəzəb dəli hissdi, tiyəsi yoxdur...
Qatar mənsiz gedib, vağzal yuxulu,
Eh, bu xarabanın yiyəsi yoxdur?
Bir mənəm vağzalda, bir də ki, külək,
Məni badə yıxdı, mey əydi... getmə.
Kiminsə vecinə deyiləm indi,
Anam sağ olaydı, deyəydi: - Getmə!
Biz yola getmirik Səninlə, Allah,
Kim dedi üstümdən əlini götür?
“Öl, otur yerində” deyənim artıb,
Nə vaxt yada düşsəm, dəlini götür...
Gedirəm, qayıdıb gələcəm amma,
Demə ki, sevməyin qaydası yoxdur.
Geriyə qayıtmır ömür qatarı,
Bilet axtarmağın faydası yoxdur...
Qəzəb dəli hissdi, tiyəsi yoxdur...
Qatar mənsiz gedib, vağzal yuxulu,
Eh, bu xarabanın yiyəsi yoxdur?
Bir mənəm vağzalda, bir də ki, külək,
Məni badə yıxdı, mey əydi... getmə.
Kiminsə vecinə deyiləm indi,
Anam sağ olaydı, deyəydi: - Getmə!
Biz yola getmirik Səninlə, Allah,
Kim dedi üstümdən əlini götür?
“Öl, otur yerində” deyənim artıb,
Nə vaxt yada düşsəm, dəlini götür...
Gedirəm, qayıdıb gələcəm amma,
Demə ki, sevməyin qaydası yoxdur.
Geriyə qayıtmır ömür qatarı,
Bilet axtarmağın faydası yoxdur...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


