Braziliya noyabrın 10-21-də Para ştatının Belen şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 30-cu Konfransında (COP30) iştirak edən ölkələrin vətəndaşlarına artıq elektron viza (e-Visa) verəcək.

AZƏRTAC COP30 Təşkilat Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, e-Visa sistemi bu mühüm beynəlxalq iqlim tədbirinin bütün iştirakçıları üçün daha çox rahatlıq və təhlükəsiz şərait təklif etməklə, giriş prosesini sadələşdirmək məqsədi daşıyır. Yeni elektron viza ödənişsiz əsasla təqdim ediləcək. O, il ərzində Braziliyaya çoxdəfəlik giriş hüququ və uzadılma imkanı olmadan 90 günə qədər ölkədə qalma imkanı verəcək.

Əvvəllər Braziliyaya daxil olmaq üçün viza tələb edən ölkələrin vətəndaşları indi öz ölkələrindəki Braziliya konsulluğuna baş çəkmək ehtiyacından canını qurtararaq, elektron şəkildə ərizə verə bilərlər. İndiyədək bu imkan yalnız ABŞ, Kanada və Avstraliya vətəndaşları üçün əlçatan olub.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış 198 ölkədən nümayəndələrin iştirak gözlənilir. İki həftə ərzində danışıqların iştirakçıları Amazonun tam ürəyində qlobal istiləşməyə səbəb olan istixana qazları emissiyalarının azaldılmasına dair qlobal hədəflər üzrə konsensusa nail olmağa çalışacaqlar.

“COP30 üçün elektron viza platformasının tətbiqi Xarici İşlər Nazirliyinin rəqəmsal transformasiyası prosesində mühüm mərhələni ifadə edir. Bu, bütün dünya üzrə müraciət edənlər üçün çıxışı asanlaşdırır və viza ərizə ilə müraciət etmə prosesini sürətləndirir. Bu tədbir konfransın məqsədlərinə uyğun olaraq nazirliyin konsulluq xidmətlərinin modernləşdirilməsinə və rəqəmsal və davamlı təcrübələrin təşviqinə sadiqliyini təsdiqləyir”, - deyə səfir və nazirliyin Braziliya İcmaları, Konsulluq və Hüquq Məsələləri üzrə katibi Marsiya Loureyru qeyd edib.

Elektron viza platformasının tərtib edilməsi həm də Braziliya innovasiyalarını nümayiş etdirir, üstəlik burada Federal Məlumat Emalı Xidməti (SERPRO) əsas rol oynayır. “Bu təşəbbüs viza verilməsini sürətləndirir və belə miqyaslı beynəlxalq tədbir üçün olduqca vacib olan inklüzivliyi və əlçatanlığı təşviq edir”, - deyə SERPRO-nun biznes, dövlət orqanları və bazarlarla iş üzrə direktoru Andre Aqatt əlavə edib.

Son xəbərlər

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930