Atlantik okeanının o tayında iddia olunur ki, “Red Bull Racing” Aleks Palouya maraq göstərir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Amerika mətbuatının yazdığına görə, dördqat “IndyCar” çempionu Maks Ferstappenin mümkün komanda yoldaşı kimi nəzərdən keçirilir.

“Chip Ganassi Racing” (CGR) komandasının ispan pilotu son beş ildə dörd titul qazanaraq Amerika seriyasında açıq-aşkar dominantlıq edir. O, dəfələrlə bildirib ki, Formula 1-ə keçid onun yaxın planlarına daxil deyil. Lakin İndianapolisdə nəşr olunan “Indy Star” qəzeti vəziyyətin dəyişə biləcəyini iddia edir. Nəşr “danışıqların gedişi barədə birbaşa məlumatı olan” mənbələrə istinad edir.

Bununla belə, qeyd olunur ki, hələlik danışıqlar prosesinin hansı mərhələdə olduğu məlum deyil. Amma Palouya birbaşa sual verildikdə, o qəti şəkildə bildirib ki, özünün menecmenti ilə “Red Bull Racing” arasında danışıqların getdiyi barədə ilk dəfə eşidir və şəxsən belə bir prosesdə iştirak etmir.

Eyni şeyi “Indy Star” müxbirinə 28 yaşlı pilotun meneceri Rocer Yasukava da deyib. CGR nümayəndəsi isə əmin edib ki, Aleks Palounun bu komanda ilə qüvvədə olan müqaviləsi var və o, gələcəkdə də 10 nömrəli avtomobili idarə edəcək.

Bununla belə, qəzetin məlumatına görə, müqavilədə vaxtından əvvəl pozulma imkanı nəzərdə tutulub, amma bunun üçün yüksək məbləğdə təzminat ödənilməlidir.

Bu, Palouya başqa komandaların maraq göstərdiyi ilk hal deyil. 2022-ci ildə Aleks “McLaren”ə keçmək istəsə də, iş məhkəməyə qədər gedib çıxmış və ABŞ məhkəməsi “Chip Ganassi Racing”in xeyrinə qərar vermişdi. Nəticədə Palou komandada qaldı və 2023-cü ildə “IndyCar” seriyasında ikinci titulunu qazandı.

Lakin elə həmin il Palou yenidən “McLaren Racing”ə keçməyə cəhd göstərdi və bir müddət Formula 1-in Britaniya komandasının ehtiyat pilotu da hesab olundu. Ancaq bu plan da məhkəmə çəkişməsinə çevrildi. Bu dəfə iddianı “McLaren” qaldırdı, çünki Aleksin müqaviləni pozduğunu və bunun onlara on milyonlarla dollar zərər vurduğunu hesab edirdi. Məhkəmə işi Böyük Britaniyada hələ yekunlaşmayıb və proses altı həftədən sonra baş tutmalıdır.

Son xəbərlər

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031