Turaztv.az » Xəbərlər » Pakistandakı daşqınlarda 400 insan həlak olub - FOTOLAR (YENİLƏNİB)
Xəbərlər

Pakistandakı daşqınlarda 400 insan həlak olub - FOTOLAR (YENİLƏNİB)

16.08.2025, 15:29 146
Güclü yağışların səbəb olduğu qəfil daşqınlar Pakistan, Kəşmir və Nepalda 400-dən çox insanın həyatına son qoyub, çox sayda insan itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Pakistanın şimal-qərbində 48 saat ərzində ən azı 321 nəfər həlak olub, yerli hakimiyyət orqanları şənbə günü bildiriblər ki, Hayber Paxtunxva əyalətinin Buner bölgəsində ondan çox kənd daşqınlar nəticəsində dağılıb.

***11:11

Pakistanda daşqınlar nəticəsində torpaq sürüşmələri baş verib.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, yağışların səbəb olduğu qəfil daşqınlar 220 nəfərin həyatına son qoyub.

Pakistanın Xeyber-Paxtunxva əyalətində helikopterin qəzaya uğraması nəticəsində beş ekipaj üzvü həlak olub. Bunun fonunda bölgədə matəm elan olunub.





Oxşar xəbərlər