Turaztv.az » Xəbərlər » Gözlənilən görüş başladı - Yenilənir+Fotolar
Xəbərlər

Gözlənilən görüş başladı - Yenilənir+Fotolar

16.08.2025, 00:17 145
Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya uçub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Trampla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq.

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyaskaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

***

Artıq Rusiya lideri Vladimir Putinin də təyyarəsi ilkin görüş nöqtəsinə çatıb.

***
ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.



Oxşar xəbərlər