Xəbərlər
12.08.2025, 13:51
ƏBƏDİ SÜLHÜN TƏMİNATÇISI - FOTO
SULTANƏLİ QURBANOV
Səbail rayonu YAP,“Ü.Hacıbəyli –68 “Ərazi Partiya Təşkilatının Sədri,
ADPU-nun dosenti.
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə sülh Bəyannaməsi Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişənin sona çatması, regionda sülhün bərqərar olması deməkdir.
Bu sənəd Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin beynəlxalq müstəvidə siyasi təsdiqi deməkdir. İrəvan 10 noyabr kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını və əməl edəcəyini rəsmi sənədlərlə bütün dünyaya bəyan etdi. İmzalanmış bu Bəyannamə ölkəmizin regionda nüfuzunu daha da yüksəltdi və özünün strateji hədəflərinə nail olmaqda söz sahibi etdi.
Bu sənəd Zəngəzur dəhlizini icra vəziyyətində olan layihə halına gətirdi.
ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin qəbul olunmasının bütün dünyada böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.
Hələ görüşdən əvvəl əldə edilmiş məlumatlardan görünürdü ki, bu danışıqlar yüksək səviyyədə olacaq və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.
Beləliklə gözləninəln görüş baş tutdu. Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə bu xeyirxah missiyasına görə, sülh yaratma təşəbbüsünə görə dünya ictimayyəti təşəkkür məktub və mesajları göndərməkdədir.
Sülh məramlı Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri alqışlayır, bu sülhün uğurlu, xeyirli və əbədi olmasını arzulayırlar. Amma, ürəklərində bu sülhü istəməyənlər də vardır. Onlar bu böyük uğurların qarşısında səslərini çıxara bilmirlər.Onlar da bu görüşə gəlmək, iştirak etmək istəyirdilər. Amma,- “Qatar artıq getmişdir”...
Siyasi diplomatların, analitiklərin ən çox maraqlandıran məsələlərdən biri də Vaşinqtonda baş verənlərə Moskvanın münasibəti idi ki, onun da reaksiyası müsbət olmuşdur. Bu ölkənin xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşünü müsbət qiymətləndirmiş və bildirmişdir ki, əldə olunan razılaşmalar Regionda sülhün yaranması üçün əsas zəmin yaradır və bu sülhün əsas sənədi Rusiyanın iştirakı ilə hələl 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatda qoyulmuşdur. Amma Zəngəzur dəhlizindən söz düşərkən , Mariya Zaxarova Rusiyanın da bu məsələyə diqqətlə yanaşdığığını və Ermənistanın İranla sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunduğunu diqqətə çatdırmışdır.
Vaşinqton görüşü ölkəmiz və bütünlüklə regionumuz üçün çox uğurlu, xeyirli görüş oldu Bu, ölkəmizin qalib Prezidnetinin müdrik siyasəti , zəka və ağıllı diplomatiyası ilə həyata keçmişdir.
“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Liderimiz dünya liderləri sırasında öncül liderdir. Hər bir halda Prezident İlham Əliyevin özünün də dediyi kimi, “nəyi, necə, nə vaxt etmək lazım olduğunu” o, hər kəsdən yaxşı bilir.
Ulu Öndərin siyasi kurusnun layiqli davamçısı, müzəffər ordumuzun Baş Komandanı, ağıllı, müdrik siyasəti ilə Regionda sülhün, barışın yaradıcısı, banisi və etibarlı təminatçısı bir neçə dildə dünya liderləri qarşısında nitq söyləyən, saatlarıla jurnalistlərə onların öz dillərində - ingilis, franasız, rus, türk və s. dillərdə cavab verən möhtərəm Prezidentimiz İlham Əliyev ABŞ – da, Vaşinqtonda “Ağ ev”də çox yüksək qiymətləndirildi və sülhün banisi, yaradıcısı, təminatçısı kimi dəyərləndirildi.
44 günlük Vətən müharibəsində qazandığımız qələbənin “Ağ Ev”də siaysi və diplomatik müstəvidə təsdiqi onu göstərdi ki, İlham Əliyev Beynəlxalq münasibətləri yüksək səviyyədə idarə etmək bacarığına malikdir. Dünyanın 1 nömrəli paytaxtının bir nömrəli ofisində təşkil olunan görüşündəki tarixi razılaşmalar İlham Əliyevin beynəlxalq arenada müdrik siyasətini, ağıl və zəkasını ortaya qoymuş oldu. O müdrik diplomatik siyasəti, manevrləri ilə sülhə maneçilik törədənlərin də yerini göstərdi.
ABŞ Prezidenti Donald Tramp: “Siz böyük lidersiniz!” ifadəsi ilə İlham Əliyevin böyük dövlət xadimi kimi dünya miqyasında artan nüfuzunu, “Böyük lider” olduğunu təsdiqlədi. Çünki ABŞ prezidenti bilirdi ki, sülh razılaşması təkcə Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həm də regionda iqtisadi layihələrə töhfə vermək və beynəlxalq müstəvidə yeni mərhələnin əsasını qoymağa xidmət edir. Bütün bu nailiyyətlər yalnız Zəfər qalibiyyətli, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siaysəti nəticəsində həyata keçirlir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay