
Xəbərlər
10.08.2025, 00:41
MÜZƏFFƏR MƏZAHİM : NURDUR BU ADAM - FOTO
Bu gün tanınmış jurnalist, şair, "Ədalət və həqiqət" qəzetinin təsisçisi və baş redaktoru Cəmil Zəbullaoğlu Dadaşovun doğum günüdür. Bu münasibətlə əziz dostumu təbrik edir, uzun ömür, can sağlığı və yeni-yeni uğurlar arzulayıram. Allah qorusun.
NURDUR BU ADAM
Saflıq, təmizlikdir həyat meyarı,
Ömrünü bu yolda yordu bu adam.
İnsanlıq, insafdır ölçü əyarı,
Bunu əməlində qurdu bu adam.
Doludur sevgiylə könül aləmi,
Duyğusal qəlbinin titrəyər simi...
Qayğıkeş, vəfalı bir övlad kimi,
Sevdi Vətənini, yurdu bu adam.
Bütün inamıyla, ədalətiylə,
Andı, amanıyla, həqiqətiylə,
Qəlbində yurd salan məhəbbətiylə,
Haqqın keşiyində durdu bu adam.
Gülüşü, baxışı, üzü işıqlı,
Fikri, düşüncəsi, sözü işıqlı,
Təpədən dırnağa özü işıqlı,
Səməndər quşutək nurdu bu adam.
Ömrünü bu yolda yordu bu adam.
İnsanlıq, insafdır ölçü əyarı,
Bunu əməlində qurdu bu adam.
Doludur sevgiylə könül aləmi,
Duyğusal qəlbinin titrəyər simi...
Qayğıkeş, vəfalı bir övlad kimi,
Sevdi Vətənini, yurdu bu adam.
Bütün inamıyla, ədalətiylə,
Andı, amanıyla, həqiqətiylə,
Qəlbində yurd salan məhəbbətiylə,
Haqqın keşiyində durdu bu adam.
Gülüşü, baxışı, üzü işıqlı,
Fikri, düşüncəsi, sözü işıqlı,
Təpədən dırnağa özü işıqlı,
Səməndər quşutək nurdu bu adam.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













