Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu

Günlərdir ki, ölkə ərazisində kəskin istilər davam edir. Gözlər günəşdə, qulaqlarsa səsdədir; hava durumu necə olacaq, temperatur nə zaman aşağı enəcək? Milli Hidrometeorologiya Xidmətinin məlumatı hələ ki ümidverici sayılmaz. Rəsmi məlumata görə, bu gün də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +25 dərəcədən +29 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 faiz, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək yüksələcək.

Turaztv.az Referans-a istinadən xəbər verir ki, kəskin istilərin səbəblərini Sherg.az-a izah edən meteoroloq, Lənkəran Dövlət Universitetinin baş müəllimi Cavidan Əliyev bildirdi ki, uzun müddət davam edən isti hava dalğası Ərəbistan yarımadasından daxil olan qaynar tropik hava kütlələri ilə bağlıdır. Nəticədə, havanın maksimal temperaturu Bakıda 38-40, Aran rayonlarında 41, Naxçıvan MR hava limanının məlumatına görə, 42 isti qeydə alınıb. Temperatur göstəriciləri iqlim normasından 3-5 dərəcə yüksək olub.

C.Əliyev sevindirici xəbər də verdi. Qeyd etdi ki, azacıq da dözmək lazımdır. 2 gündən sonra havanın mülayimləşəcəyi gözlənilir:

- Avqustun 9-dan başlayaraq şimal-qərbdən daxil olan mülayim hava kütlələri nəticəsində bir neçə gün ərzində temperaturlar 4-6 dərəcə aşağı enəcək. Bakıda havanın maksimal temperaturu 32-33, daha sonra 28-30 dərəcə təşkil edəcək.

C.Əliyev bildirdi ki, əvvəllər də Bakıda yayın bu cür isti keçdiyi müşahidə edilib:

- Əvvəllər də belə istilər olub. Bir neçə il öncə, dəqiq deyim, 2021-ci ildə ən uzun isti hava dalğası müşahidə olunmuşdu. Bakıda temperatur davamlı olaraq 40-41 dərəcə idi. Havanın mülayimləşməsi, temperaturun enməsi ölkə ərazisinə daxil olan hava kütləsi - küləklərdən də asılıdır. Şimal-qərb küləyi havanın hərarətini aşağı salır. Şimal küləyi qış aylarında da temperaturu endirir. Üstünlük qışda da şimal-qərb küləyindədir.
Avqust ayında “quyruq doğması” və ya “quyruq donması” baş verdiyi və havaların sərinləməyə başlaması haqqında el arasında məşhur olan məsələ gəlincə, meteoroloq qeyd etdi ki, “quyruğun doğması”, əslində, avqustun 5-6-na təsadüf edir. Amma bu günlər göstərir ki, iqlimdə dəyişikliklər mütləq baş verir. Avqustun 5-6-sını artıq arxada qoymuşuq. “Quyruqsa” nə “doğub”, nə də “donub”:
- Mütləq deyil ki, havanın sərinləməsi avqustun 5-6-dan sonra, yaxud bir neçə gün sonra olacaq. Bəzən əksinə, avqustun ortaları, bəzən də sonları havalar daha da isti keçir.

Son xəbərlər

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib

✍ Sevil Azadqızı : GÜNÜMÜZDƏ ƏDƏBİYYATIN GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNÇƏLƏRİM - FOTO

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Şəhid övladları imtahanda yüksək bal topladı - FOTO

Bakıda maşın piyada qadını vurdu

Dərviş ruhlu qələm sahibi – Təranə Cəbiyeva 60

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930