Rusiya ordusuı bu ilin yayında qurduğu hücum planlarından əhəmiyyətli dərəcədə geri qalır.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində yazıb.

Dövlət başçısı bildirib ki, hərbçilərlə, eləcə də müdafiə naziri Rüstəm Umerovla görüşüb.

"Biz əsas müdafiə bölgələrindəki vəziyyəti Baş Komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirə etdik. Xüsusilə də, Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyəti", deyə məlumatda bildirilir.

Zelenski qeyd edib ki, Ukrayna Rusiya Federasiyasının hücum planlarını genişləndirmək niyyətlərini və cəhdlərini görür. Bununla belə, hər bir cəhd Ukrayna hərbçilərinin müqaviməti ilə boğulur. Bundan əlavə, qarşı tərəf öz hücum planlarının gerisində qalır.

"Rusiya ordusu bu yay öz komandanlığının gözləntilərini xeyli geridə qoyub. Bölmələrimiz müharibənin Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələrimizi hazırlayırıq", - deyə dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, Ukrayna ukraynalılara qarşı hər hücuma “mütləq sərt” cavab verəcək.

Zelenski ayrıca ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynaya səfərinə hazırlığı, o cümlədən silah tədarükü və lazımi müdafiə avadanlığının birgə istehsalının genişləndirilməsi üzrə tərəfdaşlarla işi müzakirə edib.

"Hazırda müdafiəmiz üçün nəzərdə tutulan silahların təxminən 40 faizi Ukraynada istehsal olunur. Bizim vəzifəmiz bu rəqəmi və deməli, dövlətimizin müdafiə müstəqilliyini əhəmiyyətli dərəcədə artırmaqdır. Bu kontekstdə lazımi dəyişikliklər həyata keçiriləcək, xüsusən normativ, maliyyə və kadrlar", deyə prezident fikrini yekunlaşdırıb.

Son xəbərlər

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930