Ata-Ana üçün ən əziz gün onların övladlarının dünyaya gəldiyi tarixdir! - FOTO
TƏRİK EDİRƏM, BÖYÜK OĞLUM-KOMUTANIM!
Ata-Ana üçün ən əziz gün onların övladlarının dünyaya gəldiyi tarixdir!

Əzizimiz SƏNAN!

Sənin dünyaya göz açdığın bu tarix ailəmiz, ümumi götürdükdə ata-ana tərəflərinin sevincinə səbəb olub, hələ Kəlbəcərdə olarkən!
Sən Kəlbəcərdə məhz bu tarixdə dünyaya göz açdın! Xoşbəxtəm ki, ailəmizin ilki olan Sən Vətənə əsl vətəndaş olmaq yolunu seçdin! Axı, Vətən sərhəddən başlayır, zabit oğlum!
İllərini hərb sənətinə, Vətənin keşiyində durmağa sərf edən böyük balam, şükürlər olsun Yaradana ki, hər ikinizin (qardaşın Kənanla sənin) adınız el-obada, cəmiyyətdə qürurla çəkilir!
Bu sevinci bizə bəxş etdiyiniz üçün hər ikinizə minnətdaram!
Fəxrimizsiniz! Hər kəsə sizin kimi övladlar arzulayıram!

Sənan!Builki Ad günün həm də ailəmiz üçün ikiqat bayrama çevrilib! - Sən Vətənin keşiyindəsən, iki yaşlı (David balam demiş, ADİŞ) balanın üzünü gec-gec görürsən!
Ailəmizə belə şirin pay olan balanın, ömür-gün dostun - bizim isə ikinci GÜNAYımız, qardaşın Kənanın ailəsi, balaları - birinci Günayımız, eləcə də, səni sevən qohumlar adından

Səni TƏBRİK EDİRƏM!
Tanrı sənə və bütün Vətən keşiyində dayananlara yar və yardımçı olsun, amin!
Qıldığın namazlar, oxuduğun dualar hamınızı qorusun, amin!
Bu şeir parçasını da ata-anandan hədiyyə kimi qəbul elə!

SƏNANLA KƏNAN

Tanrım mənə bir cüt bala veribdi,-
Ruhumda Sənandı, canımda Kənan...
Könlümdə boy atıb pərvazlanıbdı,
Damarda Sənandı, qanımda Kənan.

Biri yazan əlim, həm biləyimdi,
Oğul nədi, həmdərdim - gərəyimdi.
Arxa-köməyimdi, həm kürəyimdi,
Arxamda Sənandı, yanımda Kənan.

Biri mənə atam, biri qardaşım,
Fikir-xəyalımdı, ağaran başım.
Biri yurd-yuvamdı, biri yurddaşım,
Sabahda Sənandı - danımda Kənan.


Səmimiyyətlə:
NƏRİMANOĞLULAR ailəsi
Bakı, 20 iyun 2025-ci il!

Son xəbərlər

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930