P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkar və aktyor, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu dünyaşöhrətli dirijorların, orkestrlərin və solistlərin səhnəyə çıxdığı bu tarixi məkanda – filarmoniyada bu gün təşəkkür konsertinin keçirildiyini bildirib.

“Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir", - deyə P.Bülbüloğlu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında bu gün filarmoniyada sevimli və məşhur rus orkestrinin çıxış etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

"Cümə günü Rusiya vətəndaşlarının təxliyəsində kömək üçün Azərbaycan tərəfinə zəng edəndə Prezident İlham Əliyev tərəfindən dərhal bütün qərarlar qəbul edildi və üstəlik, 40 Rusiya vətəndaşı təxliyə edildi. İndi də Azərbaycan tərəfinin dəstəyi sayəsində vətəndaşlar təxliyə olunur. Avtobuslar ayrılır, qadınlar və uşaqlar Bakıda yerləşdirilir. Sabah Moskvaya uçacaqlar. Burada səhnədə olan sənətçilər bu gün səhər saat altıda Bakıya gəliblər. Rusiyaya dəstək göstərdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə səfir diqqətə çatdırıb.

Proqramda Pyotr Çaykovski, Sergey Raxmaninov, Reynqold Qliyer kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.






Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031