Şirvanda 10 nömrəli məktəbdə “Son zəng” və unudulmaz görüş: 50 il əvvəlki məzunlar məktəblərinə qayıtdı

14 iyun 2025-ci il tarixində Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri qeyd olunub. Ənənəvi şəkildə keçirilən tədbir bu il təkcə cari məzunlar üçün deyil, həm də məktəbin tarixində xüsusi yer tutan bir hadisə ilə əlamətdar olub.

Bu il 1965-ci ildən fəaliyyət göstərən 10 nömrəli məktəbin ilk buraxılış 10-cu sinif şagirdləri – 1975-ci il məzunları 50 ildən sonra ilk dəfə olaraq bir araya gəliblər. Tədbir zamanı həmin məzunlar uzun illər sonra yenidən təhsil aldıqları məktəbin həyətinə və binasına qayıdaraq illərlə yaşatdıqları xatirələri bölüşüblər. Onların bu tədbirdə iştirakı məktəb üçün həm tarixi, həm də mənəvi cəhətdən dəyərli hadisəyə çevrilib.

“Son zəng” tədbirinin yüksək səviyyədə təşkil olunması üçün məktəbin rəhbərliyi tərəfindən bütün zəruri şərait yaradılıb. Məktəbin direktoru Zümrüd Əliyeva və pedaqoji kollektivin birgə əməyi nəticəsində tədbirin təşkilati və texniki hazırlığı öncədən həyata keçirilib. Məktəb həyətində xüsusi olaraq qurulan tədbir zonasında həm cari məzunlar, həm də dəvət olunan qonaqlar üçün komfortlu şərait təmin edilib.

Məktəb binasında təmizlik və bəzədilmə işləri görülüb, sinif otaqları və dəhlizlər bəzədilərək tədbir üçün hazır vəziyyətə gətirilib. Bayram ovqatı yaradılması üçün məktəb həyətində musiqi sədaları səsləndirilib.

1975-ci ildə həmin məktəbi bitirmiş ilk buraxılış məzunlarının “Son zəng” tədbirinə qatılması həm onların özləri üçün, həm də məktəb kollektivi üçün böyük emosional anlarla müşayiət olunub. Məzunlar illər sonra ilk dəfə olaraq bir yerdə toplanaraq həm bir-birilə, həm də müəllimləri ilə görüşüblər. Onlar məktəbin müxtəlif hissələrini gəzib, məktəb həyətində xatirə anlarını yenidən yaşayıblar.

Tədbirdə həm 2025-ci il məzunları, həm də 1975-ci il məzunlarının bir arada olması məktəbin nəsilləri birləşdirən bir məkan olduğunu bir daha nümayiş etdirib. Bu cür tədbirlər məktəb ənənələrinin yaşadılması, köhnə məzunlarla yeni nəsillər arasında mənəvi körpünün qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məktəbin tarixinə və məzunlarının həyatına dəyər verilməsi, onlarla əlaqələrin saxlanması, bu günkü şagirdlər üçün də bir nümunə və ruhlandırıcı bir hadisə kimi yadda qalıb.

Tədbirin sonunda ənənəvi “Son zəng” çalınıb və şagirdlər məktəb həyatı ilə vidalaşıblar. Məktəbin həyətində xatirə şəkilləri çəkilib, tədbir səmimi və bayram əhval-ruhiyyəsi ilə başa çatıb.






Son xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031