Vaxtilə işğal altında olan ərazilərimizdə qondarma rejimin nümayəndələrinin davranışları Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq yaradırdı. Kiminin Cıdır düzündə rəqsi, kimisinin özünü qəhrəman kimi təqdim edib müsahibə verməsi və ya dırnaqarası parad, görüşlər keçirməsi bizi qıcıq edirdi desək, yanılmarıq.

Amma 44 günlük Vətən müharibəsi bütün ssenariləri alt-üst etdi. Məhz bu şanlı Zəfər bizi doğma yurdumuza qovuşdurmaqla yanaşı, davamında ərazi bütövlüyümüzü də təmin etdi.

Beynəlxalq təşkilatların, BMT-nin, Qərbin, eləcə də faydasız Minsk qrupunun təmin edə bilmədiyi ilahi ədalətə özümüz öz gücümüzlə nail olduq. Və vaxtilə Azərbaycan torpaqlarında at oynatdığını düşünənlər, indi ilahi ədalət məhkəməsində - Bakıda hakim qarşısında cavab verirlər.

Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan qondarma rejimin nümayəndələrinin prosesində bir foto xüsusilə diqqətimizi çəkdi. Söhbət qondarma rejimdə general-leytenant rütbəsi ilə “müdafiə naziri” olmuş Levon Mnatsakanyanın şəklindən gedir.

Belə ki, bugünkü məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Videogörüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. Özü də ayağını ayağının üzərinə aşıraraq...

Qısa arayış olaraq bildirək ki, o, müsahibədə Aprel döyüşlərindən bəhs edir, “Yaşma”nın gücünü ciddiyə almır və s.

Davamını isə bütün dünya bilir...

İndi Mnatsakanyan o müsahibəyə müttəhhim kimi baxır. Özü də boynunu bükərək...

Emin Səfərov

Son xəbərlər

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031