MUSA QƏNİYEV,
Azərbaycan Tibb Universitetinin
Tibb Elmləri Doktoru, Professor


Çoxlarını maraqlandıran bu sualın cavabını, geniş oxucu kütləsilə bölüşməyi lazım bildim:
İstər yaxşılıq, istərsə də onun unudulması və sədaqətsizlik subyektiv və çoxşaxəli bir prosesdir. Bu halın, baş beyinin ximizmində movcud fərqlilik və bir çox psixoloji və sosial faktorların təsirinin nəticəsi olaraq, irsiyyət subvahidində baş verən mutatik dəyişikliklərlə bağlılığı artıq təsdiqini tapmışdır. İnsanın xoşrəftar və yaxşılığı unutmasının əsasında “Qaranlıq Triada” adlandırılan aşağıdakı hallar durur:
a) Erqosentrizm- olunan yaxşılıq həmin şəxs üçün cari prioritet hal olmadığından, az sonra ikinci plana keçir və unudulur.
b) Narçissizm- şəxs əks reallıq olaraq, özünü digərlərindən üstün və fərqli bilir. Odur ki, olunacaq yaxşılığı gözləyir, onu yaxşılıq edən şəxsin borcu olduğunu düşünür. Bu səbəbdən də yaxşılığı qiymətləndirib dəyərləndirmir və unudur.
c) Makiavellizm- bu cür insanlar manipulyasiya və digərlərindən istifadı etməyə meyilli olur. Onlar yaxşılığı təbii hiss kimi deyil, zəiflik kimi qəbul edir və anındaca unudurlar.
d) Psixopatik hal- bu şəxslərdə empatiya hissi olmur. Yaxşılıq etmək onlarda emosional hal törətmədiyindən, qiymətləndirilmir və çox tezliklə unudulur.
e) Koqnitiv təhrif və fərdi yaddaş- bu şəxslər fərdi düşüncə tərzlərinə yad olan şeylər haqqında (məsələn, edilən yaxşılıq) ümumiyyətlə düşünmür.
f) Psixoloji qorunma hissi- bu insanlar edilən yaxşılıqdan utanc və asılılıq hissi duyduğundan, bu emosional "borcu" üzərlərindən atmaq üçün, şüuraltı olaraq yaxşılığı yaddaşlarından silirlər.
Genetik tədqiqatlar Altruizm adlanan (həyat devizi təmənnasız olaraq yaxşılıq etmək, başqası naminə hətta şəxsi istəklərindən əl çəkmək) və 11%-ə yaxın insanlara xas olan bu halının genetikayla bağlı anadangəlmə xüsusiyyət olduğunu sübut edir. Bu səbəbdən, “Qaranlıq Triada”nın genetik faktorlarda məlum, lakin əks mutatik dəyişikliklərlə bağlılığı öz təsdiqini tapır. Hər iki hal, sinaptik kontaktın formalaşması fonunda neyromediator və humoral sistemin genom əsaslı tənzim mexanizmində baş verən dəyişikliklərlə birbaşa bağlıdır.
Son genetik tədqiqatlar birinci halda aşağıda göstərdiyim genlərdə anadangəlmə- irsi, hiperhəssaslıq halının olduğunu, ikinci halda isə, xüsusən sosial faktorlarla bağlı baş verən polimorfizm və nadir fenotiplərin nəticəsi kimi meydana çıxan supressiyanın dominant hala keçdiyini təsdiqləyir.
Poligen təbiətli olan bu proseslərdə əsas rolu, neyropeptid oksitosinlə əlaqəli OXT və OXRT, dofaminergik sistemlə bağlı DRD4 və COMT (Val/Met) genləri, 3-cü xromosomda LRRN1 genilə yanaşı subhüceyrəvi struktur, eləcə də sinaptik kontaktın yaranmasında iştirak edən SHANK3, aksonların və neyronların inkişafının müvafiq təminatçısı olan DCC və ZFHX3 genləri oynayır.
Odur ki, yuxarıda göstərdiyim faiz nisbətində insanlar istəməsə belə, ömürləri boyu yaxşılıq edəcəklər. Digər faiz nisbətində olan insanlar isə, istəməsə belə, bu yaxşılığı unudacaq və xatırlamayacaqlar.
Yaxşılıq edən insanlar bu reallığı dərk etməli və heç bir vaxt əvəz gözləməməlidir.
Yalnız bu halda həyatı stressiz, rahat, xoş və qayğısız olar.

Son xəbərlər

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31