Xəbərlər
21.05.2025, 21:17
Sosial şəbəkələrdə Elgün cinayəti
İnformasiya təhlükəsizliyi cəmiyyətin inkişaf və rifahı üçün əsas amillərdəndir.
Müasir dövrdə informasiya təhlükəsizliyinin tez-tez pozulduğunu görürük. Buna səbəb aktual mövzuların reytinq üçün yanlış, əsassız və qeyri-rəsmi media qurumları tərəfindən yayılmasıdır. Bu tip xəbərlər özü ilə birgə sensassiya gətirir. Cəmiyyətin düzənini pozan yanlış xəbərlər cəmiyyətə mənfi təsir bağışlayır.
Ajans.az xəbər verir ki, gündəmin aktual mövzusuna çevrilən Gəncə şəhərində baş vermiş məktəblinin qətli cəmiyyət arasında dərin hüznə, eyni zamanda sensassiyaya səbəb oldu. Mövzu ilə bağlı qeyri-rəsmi, xəbər mənbəyi olmayan və həqiqəti əks etdirməyən informasiyalar sosial şəbəkələrdə sürətlə yayılır. Yayılan xəbərlər insanlara psixoloji təsir bağışlayır və ictimaiyyətdə narahatlıq yaradır. Sensassiya və ya izlənmə xatirinə paylaşılan tamamlanmamış məlumatlar informasiyanı təhlükəli hala çevirir. Bununla da müəyyən kütlə arasında psixoloji faktorların yaranmasına gətirib çıxarır. Əsassız məlumatların doğruluğunu isə hər adam başa düşüb doğru məlumatdan ayıra bilmir.
Bu barədə danışan "İNSPİRO" işçilər üçün psixoloji təlim proqramının yaradıcısı, psixoloq Aydan Məmmədova bildirib ki, bu cür hadisələrə daha çox filmlərdə rast gələrdik, lakin bu dəfə yanıldıq:
“Elgünün ölümü ümumiyyətlə sarsıdıcı hadisədir. Bu hadisəni törədənlərin psixi sağlamlıqları diqqət çəkir. Fiziki şiddətdən əlavə, bu cinayəti amansızlıq və soyuqqnlılıqla törədiblər. Bu görünən tərəfidir. Mütləq ki, bu cinayətin altında yatan müəyyən səbəblər var. Bu fikrim yanlış anlaşıla bilər, nəzərdə tutduğum kimlərinsə günahkar olub olmaması deyil. Hər zaman qeyd etdiyim kimi cinayət bir nəticədir və səbəbsiz nəticə yoxdur. Hadisənin cəmiyyətimizdə yaratdığı sensasiyaya gəldikdə isə bir çox fikir bildirmək istərəm. Sosial şəbəkələrdə hadisəni müzakirə obyekti halına çevrilib. Bu barədə yazılan commentlər də, diqqətdən yayınmır. Əksəriyyəti sosial platformada aktivlik üçün bu cür paylaşımlar edir. Hadisə ilə bağlı yayılan şərhlər arasında bəzi narahatedici ifadələrə rast gəlinir. İfadələrin kim tərəfindən yazıldığı məlum olmasa da, bu cür şərhlərin mövcudluğu cəmiyyətdə bəzi fərdlərdə ciddi psixoloji problemlərin olduğunu göstərir. Cəmiyyətdəki təsiri isə qaçılmazdır. Bir növ təbliğ edilir. Bir növ insanların daxilində gizlətdiyi ortaya çıxır”.
Psixoloqun sözlərinə görə, naməlum, etibarsız məlumatlar insanlarda təxəyyülü işə salır tamamlanmayan hissəni insan özü tamamlamış olur:
“Burda Freydin nəzəriyyəsini vurğulamaq yerinə düşər. Ziqmund Freydin bildirdiyi kimi "id" şəxsiyyətin quruluşunda insandakı instinktiv meyilləri, ağıl almaz düşüncələri özündə formalaşdırır. İnsanın qaranlıq tərəfi ortaya çıxır. Eynilə bu cür hadisənin paylaşılması həmin o qaranlıq tərəfin ortaya çıxmasına təkan verir. Sanki közərən ocağı qığılcımlandırıb alışdırırıq. İstəmədən də olsa bu cür hadisələrin artmasına səbəb yaradılır. Bundan əlavə həssas insanlarda var ki, hadisə onlarda daha çox psixi problemlər yarada bilər. Əksər insanın bütün qorxuları bilavasitə ölümlə bağlıdır. Məsələn asosial, akluofobiya ( qaranlıq qorxusu), təşviş pozuntusu, panik atak, yas dönəmində olan şəxslər və s. Bu tip halları daha da tetikləyir, insanlarda hissizləşməyə , empati çatışmazlığına, həyat dəyərlərinin dəyişməsinə də gətirib çıxara bilər. Bu cür hadisələr əsasən əsaslı qurumlar tərəfindən gizli qalsa daha məqsədə uyğundur. Təbii ki, nə qədər gizli saxlanılsada sosial şəbəkələrdə işıqlandırılır. Buna görə də, cəmiyyətimizdə hər məlumatı paylaşmaq əvəzinə etibarlı mənbələrdən məlumat alsa daha effektiv olar. Hər kəs fikrini deməkdə azaddır amma doğru və əsaslı şəkildə olsa daha məqsədəuyğundur. Əks halda qeyd etdiklərimdən əlavə psixoloji problemlər ortaya çıxa bilər. Eynilə bu cür cinayət hadisələrinin hər kəs tərəfindən bilinməyən psixoloji tərəfləri sizinlə bölüşmədiyim kimi bəzən bəzi məsələlər gizli qalmalıdır”.
Hadisənin özü ağır bir travmadır. Buna baxmayaraq, yayılan şayiələr vəziyyəti daha da gərginləşdirir, zamanla süni panikanın yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün informasiya ilə davranış qaydalarını bilməli, cəmiyyət arasında panika yaradacaq əsassız məlumat yayılmamalı və psixoloji təsir göstərilməməlidir.
Nurcan Babək

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay