Pakistan və Hindistan silahlı qüvvələri döyüş hazırlığı səviyyəsini azaltmaq məqsədilə etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirməyi qərara alıblar.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Hindistan ordusundakı mənbə bildirib.

“Hindistan və Pakistan hərbi əməliyyat komandanlarının mayın 10-da əldə etdikləri qarşılıqlı anlaşmaya əlavə olaraq, döyüş hazırlığı səviyyəsini azaltmaq məqsədilə etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək qərara alınıb”, – o açıqlayıb.

Daha əvvəl Pakistanın Baş nazirinin birinci müavini, xarici işlər naziri İshaq Dar demişdi ki, Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzatmaq barədə razılığa gəliblər. Dar bu barədə razılaşmanın iki ölkənin hərbi əməliyyat komandanlarının mayın 14-də telefon danışığı zamanı əldə edildiyini qeyd etmişdi.

Xatırladaq ki, 7 may gecəsi Hindistan Müdafiə Nazirliyi Pahalqamdakı terror aktına cavab olaraq, Pakistan ərazisində “terror infrastrukturuna” zərbə endirərək “Sindur” əməliyyatını həyata keçirdiyini elan etmişdi. İslam Respublikasının iqtidarı isə öz növbəsində bildirmişdi ki, Hindistan Pakistanda beş yaşayış məntəqəsinə hücum edib və nəticədə onlarla insan ölüb. Pakistan XİN vurğulamışdı ki, ölkə rəhbərliyi adekvat cavab vermək hüququnu özündə saxlayır.

Əməliyyatın başlanmasından dörd gün sonra Hindistan və Pakistan mayın 10-dan etibarən quruda, havada və dənizdə bütün atəşləri və hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. Hindistan ordusunun sonradan bildirdiyi kimi, iki ölkənin yüksək rütbəli hərbçiləri arasında aparılan danışıqların nəticəsində qoşunların sərhədlərdən və ön xətt bölgələrindən dərhal çıxarılmasını təmin etmək üçün tədbirlərin nəzərdən keçirilməsi qərara alınıb.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü

Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik

Bakıda yeni park salınır - FOTOLENT

Sabah Azərbaycanda hava yağışlı olacaq

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031