Xəbərlər
3.05.2025, 20:18
QIZBƏS QƏBƏLƏ : AZANLAR OLMAYAYDI - FOTO
AZANLAR OLMAYAYDI
Tanrı elə mükəmməl yaradıb ki,dünyanı,
Kaş ki, bu gözəlliyi pozanlar olmayaydı.
Yer üzünün həqiqi şamanları bəs hanı?
Yuxuları baş - ayaq yozanlar olmayaydı.
İnsan əydi dünyanın mizanın - tərəzisin,
Ayırd edə bilmirik nə yaxşısın,nə pisin,
Nəfəsləri təntidən bu tüstünün,bu hisin,
İçinə düşüb yolun azanlar olmayaydı.
Yaxşı nə var xar oldu,dəyərlər gedir zaya,
Susub, lal olub hamı,kimsə yetişmir haya,
Nə hikmətə baxan var,nə ilahi yazıya,
Dünyaya bu taleyi yazanlar olmayaydı.
Doğmalar düşmən olur,düşmənlər gülür üzə,
Dərd bir deyil,on deyil,çatıbdı artıq yüzə,
Deyirəm,uca Tanrım özü yar olsun bizə.
Aldadıb dosta quyu qazanlar olmayaydı.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay