Xəbərlər
Zelenski: Ukraynada ballistik raketlərin yaradılmasını mümkün qədər sürətləndirəcəyik
Ukraynada ordu rəsmilərinin iclası zamanı ölkənin raket proqramı ətraflı müzakirə edilib və ballistik raketlərin yaradılmasının mümkün qədər sürətləndirilməsi tapşırığı verilib.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Mən qərargahın iclasını keçirdim. Bizim briqadaların təminatı, bölmələrin ştat cədvəli ilə bağlı hesabatlar var idi. Həm də - Ukraynanın raket proqramı, raket işlərimiz, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Məqsəd Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirməkdir. Bizim uzaq mənzilli imkanlarımız Ukraynanın təhlükəsizliyinə aydın və effektiv təminatdır", - o bildirib.
Onun sözlərinə görə, iclas zamanı hərbi aviasiyanın inkişafı ilə bağlı müşavirə də keçirib.