4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü münasibətilə “Diplomatic World Sweden” saytı Azərbaycanda mövcud mina təhlükəsinə həsr olunmuş məqalə dərc edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə vurğulanır ki, Azərbaycan üçün 4 aprel, sadəcə, təqvimdə bir tarix deyil, həyatlara son qoymağa davam edən və münaqişədən sonrakı bərpa prosesini ləngidən bir təhlükəni daim xatırladan bir gündür.

“Demək olar ki, otuzillik erməni işğalı dövründə Azərbaycanın 13 faizdən çox ərazisi piyada əleyhinə minalar və partlamamış hərbi sursatlarla çirkləndirilib. 2020-ci ildən bəri döyüşlər bitəndən sonra 387 nəfərdən çox mülki şəxs mina partlaması nəticəsində həlak olub və ya ağır xəsarətlər alıb. Ümumilikdə münaqişənin əvvəlindən indiyədək 3400-dən çox insan, o cümlədən yüzlərlə qadın və uşaq minaların qurbanı olub,” – deyə müəllif qeyd edir.

Nəşr vurğulayır ki, minalar təkcə hərbi təhlükə deyil, həm də məcburi köçkünlərin geri qayıtmasına, infrastrukturun bərpasına və ətraf mühitin qorunmasına ciddi maneədir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir, belə ki, ölkə ərazisində hələ də təxminən 1 milyon 500 min mina mövcuddur.

Məqalədə, həmçinin bildirilir ki, Azərbaycan minatəmizləmə işlərinə minlərlə mütəxəssis, xüsusi texnika və minaaxtaran itləri cəlb etməklə ciddi səylər göstərsə də, beynəlxalq dəstək son dərəcə məhduddur və ümumi resursların cəmi 5 faizindən azını təşkil edir.

Bundan başqa qeyd olunur ki, Ermənistan hələ də mina sahələrinin tam və etibarlı xəritələrini təqdim etməkdən imtina edir və bu humanitar əməliyyatların keçirilməsini və 800 000-dən çox məcburi köçkünün geri dönüşünü xeyli çətinləşdirir.

Məqalədə Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakına xüsusi diqqət ayrılıb. Belə ki, ölkə konfranslar təşkil edir və humanitar minatəmizləmə işlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri siyahısına 18-ci məqsəd kimi daxil edilməsini təklif edir.

Müəllif beynəlxalq ictimaiyyəti mənəvi deyil, eyni zamanda maliyyə, texniki və humanitar sahələrdə real dəstək göstərməyə çağırışla yazını tamamlayır. Bu dəstək ərazilərin minalardan təmizlənməsinə və insanların dinc həyata qayıtmasına imkan verəcək.

Qeyd edək ki, “Diplomatic World Sweden” nəşrinin əsas auditoriyası diplomatlar, siyasətçilər və İsveçdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarıdır.

Son xəbərlər

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031