Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?
Milli Məclisin plenar iclasında nəqliyyat vasitələrində biletsiz sərnişin daşımağa görə cərimənin artırılması və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında biletsiz və ya ödənişsiz sərnişindaşıma üçün cərimə məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Yeni qaydalara uyğunlaşma

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Fərhad Eyyubov “Report”a açıqlamasında bildirib ki, müxtəlif nəqliyyat növlərində - hava, dəmir yolu və avtomobil nəqliyyatında sərnişin davranışları, təhlükəsizlik tələbləri və öhdəliklər fərqli tənzimlənir:

“Hava nəqliyyatında sərnişinin biletsiz səfər etməsi mümkün deyil, çünki bütün proseslər ciddi şəkildə qeydiyyata alınır. Dəmir yolu nəqliyyatında da bu qaydalar tədricən tətbiq olunmağa başlanıb. Məsələn, uzaq səfərlər üçün sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya digər sənədlər tələb edilir”.

Ekspert əlavə edib ki, şəhərətrafı nəqliyyat vasitələri və dəmir yolu da bu sistemə uyğunlaşdırılır:

“Əvvəllər dəmir yolu nəqliyyatında sərnişinlərin biletləri nəzarətçilər tərəfindən yoxlanır və biletsiz sərnişinlər cərimələnirdi. Moskvada isə bu sistem daha sərt idi - yoxlama zamanı üçqat, dördqat, hətta beşqat cərimələr tətbiq edilirdi. Bu yanaşma həm nəqliyyat sektorunda çalışanların məsuliyyətini artırır, həm də sərnişinləri daha diqqətli olmağa sövq edirdi”.
Biletsiz sərnişinlər problemi maarifləndirmə, yoxsa cərimələrlə həll olunmalıdır?


Maarifləndirmə, yoxsa inzibati cərimə?

F. Eyyubov qeyd edib ki, hazırda nəqliyyat vasitələrinin istismar xərcləri və işçi haqları nəzərə alınaraq sərnişin daşımada rentabelliyin təmin olunmasına çalışılır:

“İctimai nəqliyyatda rentabellik çox aşağı səviyyədədir. Məsələn, avtobuslarda bu göstərici cəmi 5-6 %-dir. Buna görə də nəqliyyat şirkətləri sərnişinlərin bilet almalarını təmin etməyə çalışırlar. Hazırda avtobuslarda kart sistemi tətbiq edilir və bu istiqamətdə güclü nəzarət mexanizmi var. Ümumilikdə, sərnişinlərin məsuliyyətini artırmaq üçün nəzarət modelləri təkcə inzibati cərimələrə deyil, həm də maarifləndirməyə əsaslanmalıdır. Əgər insanların mədəni səviyyəsi yetərincə yüksək olsa, bu problemi təkcə maarifləndirmə ilə həll etmək mümkün olardı”.

O əlavə edib ki, bəzi hallarda cərimələrin artırılması zərurətə çevrilir:

“Bu, yol hərəkətinin təşkili və digər nəqliyyat məsələlərində geniş tətbiq edilən tendensiyadır. İnsanlar qaydalara riayət etməyə məcbur olurlar. Əvvəllər cərimələr minimum əmək haqqına uyğun müəyyən edilirdi, indi isə konkret məbləğlər təyin edilir. Əlbəttə, həddindən artıq yüksək cərimələrin tərəfdarı deyiləm, lakin hər ölkə bu tədbirləri öz reallıqlarına uyğun tənzimləməlidir. Əsas məsələ odur ki, cərimələr düzgün istiqamətdə tətbiq edilsin”.

Son xəbərlər

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

MƏN KİMƏM? - FOTO

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031