Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir
“Artıq məlum olduğu kimi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantılarının keçirilməsinə dair təşəbbüsün ideya müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu təklifə əsasən, biz ötən il ilk iclasımızı Bakıda, Milli Məclisdə keçirdik və bütün məsələləri müzakirə etdikdən sonra ikinci iclasın Türkiyədə təşkilinə dair qərar aldıq. Bu gün burada TÜRKPA-nın Xarici Əlaqələr komissiyaları bütün spektr məsələləri müzakirə etdilər və ən əsası, beynəlxalq münasibətlərin böhran içində olduğu, beynəlxalq təşkilatların faktiki olaraq öz əhəmiyyətini, təsir gücünü itirdiyi bu mürəkkəb dövrdə Türk dövlətlərinin Xarici Əlaqələr Komitəsi, TÜRKPA, Türk dövlətlərinin təşkilatlanması və nəhayət zirvədə dayanan Türk Dövlətləri Təşkilatının işi ən yüksək səviyyədə özünü göstərir”.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı ilə bağlı Azərbaycan mətbuatına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, TÜRKPA-nın daha yüksək səviyyədə, səmərəli və əlaqəli fəaliyyətinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Bütün iştirakçılar Azərbaycanın nailiyyətlərini, torpaqlarını azad etməsi və sonra o ərazilərdə gördüyü işləri, ölkəmizin artıq dünyada xüsusi rola və çəkiyə sahib olması ilə bağlı fikirlərini ifadə etdilər. Həm Türkiyə tərəfi, həm də digər türkdilli ölkələrdən olan qardaşlarımız ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi ilə bağlı öz mövqelərini nümayiş etdirdilər. Tədbirdə bir çox maraq doğuran məsələ müzakirə olundu. Dünya nizamının tamamilə dəyişdiyini qeyd edən Səməd Seyidov deyib ki, artıq beynəlxalq hüquq təəssüflər olsun ki, işləmir.

“Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim birgə fəaliyyətimiz və inkişafımız, xüsusilə parlament olaraq TÜRKPA-nın tərkibində fəaliyyətin genişləndirilməsi dünya üçün xeyirlidir. Ən əsası isə Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Hesab edirəm ki, burada aparılan müzakirələr bizim düz yolda olduğumuzu göstərir. Bu fəaliyyətlər faktiki olaraq türkdilli ölkələrlə yanaşı, həm də dünyaya beynəlxalq münasibətlərin yeni prinsiplər əsasında təşkil olunmasını təqdim edir. Bu tövsiyələrin vacib olduğunu hesab edirəm. Çünki biz bunun davamı olaraq Azərbaycanda ən yüksək səviyyədə Türk dövlətlərinin Zirvə toplantısının şahidi olacağıq, Macarıstanda qeyri-rəsmi Sammit keçiriləcək, Mərkəzi Asiyada toplantılar təşkil olunacaq. İndiyədək xüsusilə Avropa ölkələrindən görülmüş ikili standartlar, “ağa qara demək”, ümumbəşəri dəyərlərdən sui-istifadə edərək xalqlara təsir göstərmək kimi məsələlər sonda böyük böhranlara yol açır. Biz bu gün bu böhranları Avropada, Qərb dünyasının daxilində müşahidə edirik. Bu, bizə düz yolda olduğumuzu və siyasətimizi bu istiqamətdə davam etdirməyimizlə bağlı ciddi bir mesaj verir”.

Son xəbərlər

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930