“Qırmızı vərəqə oyunumuzu pozdu” - Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qarabağ”la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Rəhman Hacıyev, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınız, yoxsa həqiqətən inanırdınız ki, nəsə edəcəklər?

- Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyun Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdı. Bu dəfə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq. Effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən.

- Sonuncu dəfə “Qarabağ” üzərindəki qələbəniz “Neftçi”yə çempionluq gətirmişdi. Ola bilər ki, 2021-ci ildə “Qarabağ”ı çox pis əsəbiləşdirmişdiz?

- Çox istəkli idik. Üç qələbədən sonra motivasiya yerində idi. Ajiotaj yaranmışdı. Azarkeşlərimə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdıq. Oyuna yaxşı başlamışdıq. “Neftçi” uzun müddəti “Qarabağ”a qarşı belə oynamamışdı. Səhv oldu. Rəqib 10 nəfərlə qaldıqdan sonra biz də sanki rahatlaşdıq. “Qarabağ”a qarşı etdiyimiz həmişəki kimi səhvi etdik. Əfsuslar olsun ki, azarkeşlərə qələbə qazandıra bilmədik. Önümüzə baxacağıq.

- Bəlkə Rəhmanın əvəzinə Murad Məmmədovu meydana buraxmaq olardı?

- Azarkeş gözü ilə danışılan söhbətlərdir. Onun əvəzinə bu, bunun əvəzinə o… Hücumu gücləndirmək istəyirdik. İndi danışmaq rahatdır ki, kaş bunu edərdik.

- “Qarabağ” 11 nəfərlə olanda da “Neftçi” daha üstün oynayırdı. Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınızı pozdu?

- Oyuna hazırlaşanda “Qarabağ”ın 11 oyunçusuna qarşı hazırlaşırsan. Rəqibin təzyiqini, əks-hücumlarını nəzərə alırsan. Medinanın qırmızı vərəqəsindən sonra çox şey dəyişdi. Top bizdə idi. Ortada çevik, kreativ oyunçu çatışmazlığı var idi. Əlimizdə olan materiallarla oyunu qurduq. Bəli, Medinanın qırmızı vərəqəsi oyunumuzu pozdu. Rəqibin qırmızı alması xoşdur. Amma əfsuslar ki, belə oldu.

- Derbidə məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyət bundan sonra mərhələyə necə təsir edəcək?

- İnşallah olmaz. Bu oyunun 1-ci hissəsində etdiklərimizin ən yaxşısını önə çıxarıb, ən yaxşısını edəcəyik. Ən pis şeydən ən yaxşısını çıxarsaq, bizim üçün yaxşı olacaq. Komandam son matçlarda pis oynamır. İstəkliyik. Zaman lazımdır ki, düşüncələrimizi meydanda daha rahat edək. Psixoloji baxımdan bizə təzyiq var idi. Sanki digər komandalar uduzmur. Son görüşlər göstərir ki, düzgün yoldayıq. Oyunçular oyuna yaxşı köklənirlər. Davam edəcəyik.

- “Neftçi”nin kubokdakı final şansları? Finalda “Qarabağ”la qarşılaşa bilərsiz...

- Hələ finala çıxaq. Görək “Qarabağ” özü çıxacaq finala... Final bir oyundan ibarətdir. Biz çətin səbətdəyik. Kubokda qırğın oyunlar gedəcək.

- Matçdan sonra futbolçular azarkeşlərlə görüşmədi...

- Futbolçularımı da başa düşmək olar. “Neftçi”nin böyüklüyü, əzəməti odur ki, 3 qələbədən sonra stadion doldu. Turnir cədvəlində 6-cı pilləsində olsaq da, işlərimiz yaxşı getməsə də, belədir. Bizə olan tələblərlə ən yüksək yerlərdir. Üç qələbəmiz azarkeşə çox ümid vermişdi. Sənə inanıb gəlirlər, üzülüb gedirlər. Futbolçular da insandır. Paltardəyişmə otağında ağlayan, üzülən oyunçular var. Bəlkə də ən doğrusu azarkeş yanına getməmək idi. Ümidlər qırıldı. Dünya dağılmayıb. Sabah yenə “Qarabağ”la oynayacağıq. Çalışacağıq ki, orda qalib gələk. Futbolçularıma haqq qazandırmıram, başa düşmək olar.

- Komandanızın avrokuboklara vəsiqə qazzanmaq potensialı var? Uğursuzluğa düçar olsaz, sizin üçün faciə olacaq?

- 1-2 ay bundan qabaqkı komandadan xəbəriniz var da. “Neftçi” 9-cu pillədə idi. Komandanı avrokuboklara daşımaq çox istəyirik. Məqsədim futbolçularıma bu istəyi aşılamaqdır. Hər oyuna son oyun kimi çıxsınlar. Bu vaxta qədər komanda ruhsuz, istəksiz oynayır deyə, bizi haqlı olaraq günahlandırırdılar. “Neftçi”yə avorkuboklar yaraşır. Amma çox çətin dönəmdəyik. Söz verirəm ki, əlimizdən gələni edəcəyik.

- Emin Mahmudov son matçlarda xüsusi fəallıq göstərir. Kapitan sarğısında dəyişilik ola bilər?

- Xeyr, olmayacaq.

Son xəbərlər

“Teşkilat”ın aktyoru vəfat etdi - Fotolar

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş - Fotolar

Özünü “şah” elan etmişdi - İndi 100 günə demokratiya vədi verir - Fotolar

NATO patrul xidməti üçün Türkiyədən F-16-ları vaxtından əvvəl təqdim etməyi xahiş edib

G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığın azaldılması barədə razılığa gəliblər

Super varlılar ilin ilk 10 günündə rekord qırdılar

Valyuta endi, səslər yüksəldi... - Fotolar

ABŞ Nümayəndələr Palatasında Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib

İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

50 yaşdan yuxarı qadınlara - Xəbərdarlıq

ŞƏHİD MƏZARINA QAR YAĞAN ZAMAN - FOTO

Zelenski: Rusiya Ukrayna ərazisinə yeni kütləvi hücum hazırlayır

Pezeşkian etirazçıların nümayəndələri ilə görüşdü

Onlar ən yaraşıqlı kişi ulduzlar seçildi - Fotolar

Futbolçular istəklidirlər, özlərinə gəliblər - Qurban Qurbanov

Abşeronun su problemi necə həll ediləcək? - Prezident açıqladı

Medvedevin Trampla Qrenlandiya zarafatı - "Rusiyanın olacaq"

"Wednesday" nə vaxt yayımlanacaq?

Yenidən xəstəxanaya yerləşdirildi

Stokholmda Azərbaycanın zəngin mədəniyyəti haqqında təqdimat olub

İnama arxalan, qalma gümanla - FOTO

Pəhləvi yenə Trampa səsləndi - “Onları tək qoymayın”

İranda 96 saatdır ki, internet yoxdur

Əraqçi britaniyalı həmkarı ilə danışdı

Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək

“Beşiktaş” onu heyətinə qatdı

“Nə qızıl, nə platin, nə də neft...” - Əsas bu ikihərfli söz

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031