Samir Abasov: Bakıda "Makkabi"yə 3 qol vurmağı bacardıqsa, burada da edə bilərikUEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində israildə keçiriləcək “Makkabi” (Hayfa) – “Neftçi” (Bakı) oyunundan əvvəl komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb: "Belə oyuna bu qədər itki ilə gəlmək yaxşı hal deyil. Bilirsiniz, əsas heyətin 3 üzvü iştirak etməyəcək. Rəqib samballı və keyfiyyətli futbolçulardan təşkil olunub. Konfrans Liqasından üst səviyyədə oynamalı olan kollektivlə qarşılaşacağıq. “Makkabi” 3-4 gün əvvəl İsrail kuboku yarışlarında çıxış edib. Həmin matça baxandan sonra bir daha şahid olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu bizə problem yaşada bilər. Ancaq biz bura maksimal müqavimət göstərməyə gəlmişik. Son şansımızdır. Bakıda bu komandaya 3 qol vurmağı bacardıqsa, burada da edə bilərik”.

Sonra futbolçu Harramiz Suares danışıb: “İlk matçda olduğu kimi, bizi yenə çətin oyun gözləyir. Baş məşqçimiz vurğuladığı kimi, evdə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Bura məğlub olmağa gəlməmişik. Çalışacağıq, məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, Bakıya qələbə ilə qayıdaq”.

Daha sonra futbolçu KİV nümayəndələrinin suallarına cavab verib: “Əvvəlki komandalarımda müxtəlif oyun sxemlərində, əsasən hücumun cinahlarında və hücumçu mövqeyində çıxış etmişəm. Burada isə fərqli sxemlə oynayırıq, amma çalışıram ki, məşqçinin tapşırıqlarını yerinə yetirib, komandaya faydalı olum. Harada oynasam, orada özümü rahat hiss etməyə çalışacağam”.

S.Abasovun jurnalistlərin suallarına cavabı isə belə olub: “Biz Nikita Rukavitsa ilə müqavilə baglamamışıq, amma həm onunla, həm də daha bir neçə hücumçu ilə danışıq aparırıq. Nikitanın üzünü görməmişik, amma onunla və agenti ilə danışırıq. Hansının alınacağına çox güman ki, bir həftəyə aydınlıq gələcək. İlk matçın birinci hissəsində istədiyimiz kimi oynaya bilmədik, amma fasilədən sonra oyunumuzu qura bildik, əks hücumlara çıxıb 3 qol vurduq. Təəssüf ki, cavab matçında Yusuf Laval olmayacaq. Bizi doğrudan da çətin oyun gözləyir. Bu rəqibə ciddi müqavimət göstərib, Vətənə müsbət nəticə ilə dönmək istəyirik. Çox diqqətli olmalıyıq, çalışacağıq, qol buraxmayaq. Bildiyimiz hücumların qarşısını ala bilsək, yaxşı nəticə ilə qayıda bilərik. Bəli, start heyətini muəyyənləsdirmişik, amma açıqlamayacağam. Hamı hazırdır. Buraxılan qollardakı səhvləri təkcə mudafiəçilərlə bağlamayaq, bunlar ümumi komandanın səhvləridir. Bəlkə də səhvlərə ardıcıl ağır oyunlar səbəb olub. “Zirə” ilə matçda bəzi gəncləri oynadıb, o birilərinə istirahət imkanı verdik. Düşünürəm ki, fiziki yorğunluğu həmin vaxt aradan qaldıra bildik. Gənc futbolçuların bu psixoloji yükün altından çıxa bilib-bilməyəcəklərini oyundan sonra görəcəyik. Futbolçular bu cür oyunlarla böyüyür. Əsas odur ki, biz onlara olan inamımızı, etibarımızı göstərək. İnşallah, bu da onlara kömək olar”.

Qeyd edək ki, "Makkabi" - "Neftçi" oyunu avqustun 26-da Bakı vaxtı ilə saat 21:00-da İsraildəki “Sammi Ofer” stadionunda keçiriləcək. Komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31