Vəzifəli şəxslər həbs olundu - ADLAR
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər ifşa edilib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Belə ki, Bakı şəhəri, Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “T-Ekport” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3,2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əhmədov Yaşar Oktay oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Mövlud98”, “Elektrodom”, “Sultan-1996”, “Seymuroğlu” məhdud məsuliyyətli cəmiyyətləri tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bürcalızadə Rahil Vahid oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb”.

Qurumdan verilən məlumata əsasən, Bakı şəhəri Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib:

“Həmçinin, Bakı şəhəri Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Ümüd 059” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7,3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə “Aysan AS” MMC tərəfindən Azərbaycandan İran İslam Respublikasına konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib”.

Prokurorluq digər faktları da açıqlayıb:

“Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə başlanmış cinayət işi üzrə “Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə Respublikasının vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Avalon S” MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb”.

Son olaraq qurum hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparıldığını və zəruri tədbirlərin icra olunduğunu vurğulayıb.

Son xəbərlər

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930