Bayden Trampa zəng edərək onu ABŞ prezident seçkilərində qələbə münasibətilə təbrik edib
ABŞ-nin hazırkı lideri Cozef Bayden Donald Trampı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağ evdən bildirib.
Məlumata görə, Bayden telefon danışığında Trampa hakimiyyətin rahat təhvil verilməsini vəd edib.