Turaztv.az təqdim edir:

Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Bu gün, 7 aprel 2024-cü il tarixdə Masallı şəhərində I Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğul Rafiq Əlihəsənovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyinin məsul işçisi Vurğun Əhmədov, Masallı şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Talıbzadə, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Əməkdar müəllim, “Tərəqqi” və “Vətən naminə” medallı Mirqabil Hüseynov, “Yeni həyat” ictimai-siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Əilihüseyn Şükürov və şəhidin ailə üzvləri iştirak ediblər.
Anım mərasimində Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda canlarını fəda etmiş şəhidlərin igidliyindən danışılıb, ruhlarına dualar oxunub.Həmin gün şəhid Rafiq Əlihəsənovun məzarı üzərinə təzə qərənfillər düzülüb.Rafiq Vəliəhəd oğlu Əlihəsənov 1969-cu ildə anadan olmuşdur.1986-cı ildə Masallı şəhər 1 nömrəli orta məktəbini bitirmişdir.
1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olmuşdur. Təhsil aldığı Masallı şəhər 1 nömrəli orta məktəbinə adı verilmişdir.Anım mərasimində iştirak edənlər şəhid yaxınları ilə söhbət ediblər, qayğıları ilə maraqlanıblar.
Həmin gün həmçinin mərasim iştirakçıları şəhid Rafiq Əlihəsənovun uyuduğu Masallı şəhər Dadva qəbiristanında 44 günlük Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin də məzarını ziyarət etməklə ruhuna dualar oxuyub, məzarı üzərinə təzə qərənfillər düzüblər.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 nömrəli tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi olub. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.
Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 22 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində düşmənin atdığı artileriya mərmisinin partlaması nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Bundan başqa "Cəsur döyüşçü", Cəbrayılın və Qubadlının azad olunmasına görə medalları ilə də təltif edilib.


Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi
qəzetinin və eyni adlı saytın Baş redaktoru.

Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR
Masallı şəhərində şəhidin anım mərasimi keçirilib - FOTOLAR

Son xəbərlər

Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb

Qaradağda vətəndaş qəbulu keçirilib - Fotolar

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

“Artıq darıxıram, amma doğru addım atdım” - Messi

Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir

100 milyon təklif olundu, qəbul etmədi

Tramp Nobel almasa, nə olacaq?

Səs klonlama ilə "ana, pul göndər" dələduzluğu” - İKT fırıldaqları - ARAŞDIRMA

QƏLƏMİ İLƏ İNSANLARA İŞIQ SAÇAN QAZİ - FOTO

Moldovada su qıtlığı - Nazir xalqa çağırış etdi

Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı

Nicat Novruzoğlu : YARANMISAN - FOTO

Vətən qızı Brilyant Atəş : Şükürlər olsun - FOTO

Türkiyədə paraşütlə havaya qalxan Rusiya vətəndaşı qayalara çırpıldı (FOTO)

Berna Laçinə sosial mediadakı paylaşımına görə cinayət işi açıldı

Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU

Dünyada dizel böhranı: hansı təsirləri olacaq?

SƏSİNDƏN BİR ÖMÜR KEÇƏN SƏNƏTKAR

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində Ümumdünya Layiqli Əmək günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi - FOTOLAR

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Müşfiq Borçalı : Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

Rauf İLYASOĞLU : KİTABIN TOZUNU UDDUQCA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031