DTX-nin əməkdaşları “LEAP2024” və “DeepFest”də iştirak ediblər


4-7 mart tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” yeni nəsl texnologiya və kibertəhlükəsizlik sərgisi keçirilib.

Texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb.

Tədbirdə ölkəmizin aidiyyəti dövlət qurumlarının və respublikamızda fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CİSCO” şirkətinin rəhbər vəzifəli şəxsləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov respublikamızda rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, Azərbaycanın mövqeyinin qlobal kibertəhlükəsizlik indeksində xeyli irəlilədiyi xüsusi vurğulanaraq, Azərbaycanda həyata keçirdiyi önəmli layihələrə görə “CİSCO” şirkətinə təşəkkür bildirilib.

Keçirilmiş görüşdə “CİSCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda hazıradək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd ediblər.

Sonda görüşün əhəmiyyətinə və nəticələrinə toxunularaq, ilkin mərhələdə “CİSCO” şirkəti tərəfindən ölkəmizdə rəqəmsal akselerasiya, həmçinin kibertəhlükəsizlik sahəsində yeni təhsil proqramlarının genişləndirilməsi və qabaqcıl təcrübələrin transferinə dair yeni əməkdaşlıq imkanlarının razılaşdırıldığı vurğulanıb.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31