Milli Məclis sədrinin müavini: Azərbaycan enerji təhlükəsizliyinin qarantıdır
Azərbaycan təbii qazdan və digər faydalı qazıntılardan səmərəli istifadə etməklə bir vaxtda həm də enerji təchizatçı kimi Avrasiyada etibarlı tərəfdaş olaraq tanınır. Ölkəmizin təbii qazı tədarük etdiyi 8 ölkədən 6-sı məhz Avropada yerləşir. Bu, dövlətimizin artan nüfuzu baxımından olduqca vacibdir, eləcə də ölkəmizlə iqtisadi, siyasi əlaqələrin qurulmasına xüsusi töhfə verir. Bu sahədə aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin qarantı olaraq dünyada məşhurlaşıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O qeyd edib ki, Azərbaycan qazının Avropa bazarına çatdırılması ilə əlaqədar icra olunan layihələr çərçivəsində Cənub Qaz Dəhlizi ilə 3500 kilometr daşıma xətti çəkilib, nəticədə təbii qazımız bu bazara çatdırılıb. Bu layihənin icra edilməsi nəticəsində Azərbaycan enerji təhlükəsizliyinin qarantına çevrilməklə Avropa bazarında söz sahibi olmağa başladı. Hazırda müxtəlif Avropa ölkələri interkonnektorlar vasitəsilə Dəhlizə daxil olur, təbii qaz bazarı daha da genişlənir.

“Təbii ki, Azərbaycanın bu faydalı qazıntıya sahib olması, eyni zamanda, ondan səmərəli istifadə etməsi ölkəmizin nüfuzunu artırır. Bununla bağlı ölkəmizdə böyük potensial var, “Ümid” yatağının istismar olunduğu bir vaxtda “Abşeron” layihəsinin də illik hasilatın 1.5 milyard kubmetr həcmində olması təsdiqlənib.

Eləcə də, Prezident İlham Əliyev ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bildirdi ki, neft ixracımızın mənbəyi olan “Azəri-Çıraq-Günəşli”də təbii qazın hasilatı gözlənilir. Sözügedən prosesin davam etməsi zamanı hasilatın əlavə olaraq 4-5 milyard kubmetr həcmində artırılması mümkün olacaq. Potensialdan düzgün istifadə nəticəsində daxili bazarın tələbatı ən yüksək səviyyədə ödənilir və xarici ölkələrə satış həyata keçirilir. Neft və təbii ehtiyatların satışından əldə olunan gəlir nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə endi, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alması mümkün oldu və digər vacib sosial layihələr hazırda da icra edilməkdədir.

Ölkəmiz təbii qazdan səmərəli istifadəni və ixracı həyata keçirməklə bərabər bu sahədə bazarlarda pay sahibi olmağa, etibarlı tərəfdaş kimi tanınmağa davam edir. Bu sahədə görülən işlərin davamı olaraq Trans-Balkan boru kəmərindən istifadəyə razılıq əldə olunub. Qardaş Türkiyə vasitəsilə ölkəmizin qoşulacağı bu kəmər təbii qazın satışı istiqamətində şaxələndirmə işinə xüsusi töhfə verəcək”, - deyə Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar dövlət siyasətimizin gündəliyində xüsusi yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. Bu məqsədlə də ölkəmizdə bərpaolunan enerji ehtiyatlarında Birləşmiş Ərəb Əmirliklərindən “Masdar”, Səudiyyə Ərəbistanından “ACWA Power” və sair şirkətlər yaxından iştirak edirlər. Görülən işlərin əsas hədəflərindən biri də “Qara Dəniz Yaşıl Kabel” layihəsindən istifadə edərək, Avropada həm də yaşıl enerjinin önəmli ixracatçılarından biri olmaqdır.

Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. Bu məqsədlə ölkəmizdə görülən işlər nəticəsində gələcəkdə yaşıl enerji kimi meqa layihələrin şahidi olacağıq. Azərbaycanda yaşıl enerjiyə, təbiətin qorunmasına ayrılan diqqət beynəlxalq aləmdə də xüsusi rəğbət görür.

“Dövlətimizin başçısı bu gün “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. Lakin, elə bu sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusi töhfədir. Məhz Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün nümunəyə çevrilməli və onlar iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdır.

2021-ci ildə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəhbər tutulmuş 5 əsas istiqamətdən biri də ölkəmizin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Bu sahədəki işlər davam edir və bu gün ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə haqq qazanıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusunun bu il Bakı şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə bizə həvalə olunub. Bu isə Azərbaycanın dünyada artan nüfuzunun nəticəsi, qazandığı qələbənin beynəlxalq ictimaiyyət tərəfindən bir daha tanınmasıdır. Məhz COP29-un keçirilməsinin rəsmi Bakıya həvalə edilməsi zamanı bir sıra QHT-lər və media orqanları qərəzli “hücumlara” keçdilər ki, Azərbaycan qazıntı yanacağından istifadə edir. Lakin, indi hər kəs başa düşür ki, ölkəmiz qazıntı yanacağından istifadə etməklə eyni vaxtda yaşıl enerji kimi aktual məsələyə gündəliyində xüsusi önəm verir. Bu sahəyə xüsusi diqqət ayıran azsaylı ölkələrdən biridir. Təbiətin qorunması, iqlim dəyişikliklərinə dair qlobal təşəbbüsləri prioritet hesab edir, yaşıl enerjiyə xüsusi töhfə verir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Son xəbərlər

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930