Azərbaycan təşkil etdiyi beynəlxalq tədbirlərin möhtəşəmliyi ilə diqqət çəkir ŞƏRH
Bu gün dünyada söz sahiblərindən birinə çevrilən Azərbaycan həm də təşkil etdiyi beynəlxalq tədbirlərin möhtəşəmliyi ilə diqqət çəkir. Ölkəmiz istər beynəlxalq tədbirlərin təşkili, istərsə də belə tədbirlərdə iştirak baxımından olduqca mühüm məsələlərlə yadda qalır. Bu cür tədbirlərdən növbətisi isə gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un ölkəmizdə keçirilməsidir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Onun sözlərinə görə, xüsusilə son illərdə beynəlxalq təşkilatlarda olduqca aktiv iştirak edən və dünyada beynəlxalq təşəbbüslərin lideri olaraq tanınan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, həm də ölkəmizin artan nüfuzunun göstəricisidir. Pandemiya dövründə peyvəndin bərabər bölünməsi və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmini barədə ölkəmizin çağırışları ilə əlaqədar BMT-nin xüsusi sessiyasının çağırılması, peyvənd millətçiliyinə son qoyulması və kasıb ölkələrin peyvəndə əlçatanlığının təmini məsələsinə diqqət çəkilməsində Azərbaycanın oynadığı rol olduqca mühümdür.

“Qoşulmama Hərəkatı kimi 120-dən artıq ölkəni özündə birləşdirən bir təşkilata ölkəmizin uğurla rəhbərlik etməsi, məhz təşkilata üzv dövlətlərin birgə qərarı ilə Azərbaycanın sədrliyinin daha bir il uzadılması ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir. Məhz Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdiyi bu 4 il hərəkatın işinə verdiyi xüsusi töhfə ilə yadda qalır. Dövlətimizin başçısının təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılması isə üzv dövlətlərin qanunverici hakimiyyətini öz çətiri altında birləşdirir.

Təşkilata üzv olan ölkələr COP29-un gələn il Azərbaycanda keçirilməsinə namizədliyimizi dəstəkləyib və yekdil qərar əsasında Konfransın Azərbaycanda keçirilməsi mümkün olacaq. Konfransın keçirilməsi üçün Azərbaycanın namizədliyinin dəstəklənməsi, həm də ölkəmizin dünyada artan nüfuzunun əyani təzahürüdür.

Üç il bundan əvvəl Azərbaycan tarixi torpaqlarını düşmən işğaldan azad etməklə, 3 ay əvvəl isə ərazi bütövlüyünü tam bərpa və suverenliyini bərqərar etməklə ölkəmizin qüdrəti dünyanın diqqətini çəkib. Bu gün isə belə bir tədbirə ölkəmizin ev sahibliyi etməsi, həm də Azərbaycanın qazandığı qələbənin beynəlxalq aləm tərəfindən bir daha tanınması deməkdir”, - deyən Milli Məclis sədrinin müavini xüsusi bir məqamı xatırladıb ki, Azərbaycanın COP29-a namizədliyi irəli sürülərkən Ermənistan da ölkəmizin namizədliyi ilə barışmış, etiraz etməmişdir.

Adil Əliyevin sözlərinə görə, Ermənistanın bütün sahələrdə Azərbaycanın Qələbəsi ilə barışması, regionda sülh müzakirələrinin gündəmdə olması təbii ki, bəzi Qərb dairələrini narahat edir. Belə ki, məhz Fransa hər vəchlə sülhə əngəl olmağa, əsassız bəyanatlarla sülh prosesinin qarşısını almağa çalışır.

“Bu gün Ermənistanla sülh müqaviləsinin imzalanmasına yaxın olsaq da, Fransa kimi dövlətlərin əsas məqsədi buna mane olmaqdır. Təbii ki, məsələnin əsas mahiyyəti Ermənistanın müqaviləni imzalaması deyil, onlar üçün nə Ermənistan, nə də erməni xalqı maraqlıdır. Onların qısqanclıqla yanaşdıqları amil Azərbaycanın liderliyini qəbul etməmək, özlərinə hər zaman Cənubi Qafqazda ehtiyacın olmasını hiss etdirməkdir. Təbii ki, onların qərəzli mövqelərini beynəlxalq ictimaiyyət görür və baş verənlər hər kəsdə təəssüf hissi doğurur. Məhz belə bir məqamda dünya ictimaiyyətinin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsinin təyin olunması beynəlxalq ictimaiyyətin ölkəmizə verdiyi ən böyük dəstəkdir, ölkəmizlə həmrəyliyin əyani nümayişidir”, - deyə parlament sədrinin müavini vurğulayıb.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyində böyük təcrübəsi olduğunu söyləyən Adil Əliyev əlavə edib: “Daha əvvəl ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresi, Qoşulmama Hərəkatının iclası, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu sahədə bizə beynəlxalq təcrübə qazandırıb. Gələn il növbəti dəfə ölkəmiz dünyanın diqqətində olacaq. COP29-un yüksək səviyyədə təşkili həm də Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirəcək.

1995-ci ildə ilk dəfə Berlin şəhərində keçirilmiş konfransın 29-cusunun Bakı şəhərində keçirilməsi və nəticədə Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi mövqeyimizin daha da gücləndirilməsinə xidmət edəcək. Eləcə də, bu gün ölkəmizin gündəliyində olan “Yaşıl enerji” siyasətinin dünyaya nümayiş etdirilməsində bu Konfrans olduqca mühüm əhəmiyyətə malikdir”.

Son xəbərlər

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930