Xəbərlər
22.01.2024, 00:50
Çexiya ABŞ-dan 24 “F-35” qırıcısı alacaq
Çexiya martın sonuna kimi ABŞ-la 24 ədəd “F-35” qırıcısının alınmasına dair müqavilə bağlayacaq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Qırıcı təyyarələrin alınması ilə bağlı qərar Çexiya hökuməti tərəfindən ötən ilin sentyabrında təsdiqlənib. Məlumata görə, müqavilənin ümumi dəyəri təxminən 6,5 milyard dollar təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatı olacaq.
Çexiya Hərbi Hava Qüvvələrində “F-35”lər İsveçdən icarəyə götürülmüş “JAS-39 Gripen” qırıcılarını əvəz etməlidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay