Məşhur azərbaycanlı idmançı bu saytı və jurnalistləri MƏHKƏMƏYƏ VERDİ
Bu gün Nəsimi Rayon Məhkəməsində taekvondoçu Fəridə Əzizova və tanışı Aysel İsgəndərovanın Open.az saytı və jurnalistlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçiriləcək.

Turaztv.az əldə etdiyi məlumata görə, prosesdə Open.az və jurnalistlərin nümayəndəsi məhkəmədə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin olunması barədə vəsatət qaldıracaq.

"Bununla bağlı qeyd etmək istərdik ki, "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

Həmin qərarda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir”, - vəsatətdə qeyd edilib.

Nümayəndə vəsatətində bildirib ki, hazırda məhkəmənin müəyyən etməli olduğu məsələlərdən biri də iddiaçıların barəsində qeyd olunan məlumatların doğru olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunmalıdır: "Belə ki, iddiaçı Əzizova Fəridə Şıxməmməd qızının geyimi və həyat tərzi, mətbuat vasitəsilə verdiyi müsahibələri, sosial şəbəkələrdə paylaşımları, şəkillərinə yazılmış şərhlər onun psixoloji vəziyyətinin müəyyən olunmasını zəruri hesab edir.

"Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir”.

Vəkil vəsatətində qeyd edib ki, dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının 23-cü maddəsinin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirirlər: "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2011-ci il tarixli Fərmanında göstərilib ki, həmin Qanunun 23-cü maddəsinin birinci hissəsində nəzərdə 5 tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi, ilkin və əlavə məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizaları sahəsində isə həmçinin Daxili İşlər Nazirliyi həyata keçirir.

MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
Hazırkı mülki üzrə məhkəmə-psixoloji ekspertizası təyin olunsun və ekspertizanın keçirilib rəy verməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:

1. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixoloji emosional vəziyyətləri necədir?

2. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızının psixi yaşları və fərdi-psixi xüsusiyyətləri, intelektual inkişafı və emosional halları nəzərə alınmaqla onların eyni cinslərə qarşı münasibətləri necədir?

3. Əzizova Fəridə Şıxməmməd qızı və İsgəndərova Aysel Cümşüd qızı eynicinsli hesab oluna bilərmi?”.

Məsələ ilə bağlı "Report" F.Əzizovaya müraciət edib. İdmançı suallara cavab vermək istəmədiyini, vəkili ilə əlaqə saxlanılmasını istəyib. F.Əzizovanın vəkili Yaqub Məmmədli də "Report”a açıqlamasında suala cavab vermək istəməyib.

Qeyd edək ki, taekvondoçu F.Əzizova və A.İsgəndərova Open.az və jurnalistlərinə qarşı iddia qaldırıb. Onlar iddialarında şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və digər tələblər irəli sürüblər. Proses Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək.

Son xəbərlər

Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930