Azərbaycana qaytarılan “Xətai” xalçasının təqdimatı keçirilib - FOTO
Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdəki şəxsi kolleksiyadan alınaraq vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentetiv Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sözügedən xalçanın muzey üçün, ümumilikdə Azərbaycan mədəni irsi üçün əhəmiyyətindən danışıb.

Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksiyaçı, dünyaca məşhur xalça eksperti Alberto Boralevi isə Azərbaycana ilk dəfə 40 il öncə gəldiyini bildirib. Mütəxəssis indi ilə 40 il əvvəli müqayisə etdiyi zaman muzeyin xalça siyasətinin yeniləndiyini diqqətə çatdırıb: “Hazırda biz xalçanın mənşəyini araşdırırıq. Belə bir nümunənin əldə edilməsi çox böyük bir uğurdur, bu münasibətlə mən hər birinizi təbrik edirəm".

Qeyd edək ki, Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni eksponatın kompozisiyasında Qarabağ xalçalarına xas stilizə olunmuş nəbati və zoomorf ornamentlər əks olunub. Zəngin naxış tərtibatına malik xalça üzərində çarpazlaşan “xətai qolları” arasında türk xalqlarının bir çox sənət abidələrini bəzəyən əjdaha təsvirləri yer alıb. Azərbaycan xalçaçılığında geniş istifadə edilən əjdaha təsvirləri “Xətai” kompozisiyası kimi tanınıb. Bu ad azərbaycanlıların soykökündə duran qəbilələrdən biri olan Xəta/Xətai qəbiləsinin adından götürülüb.

XVII əsrə aid “Xətai” xalçaları vaxtilə Qarabağda toxunaraq xarici ölkələrə daşınıb və hazırda onlar dünyanın aparıcı muzey və şəxsi kolleksiyalarının inciləri sırasındadır.

Təqdimatda yeni eksponatın muzeyin Ənənəvi texnologiya şöbəsində görmə qabiliyyəti məhdud insanlar üçün toxunan kiçik ölçülü taktil fraqmenti də nümayiş olunub.

Azərbaycan Milli Xalça Muzeyi tərəfindən son illər milli irs nümunələrinin qorunub saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük uğurlara imza atıb. Qarabağın “Xətai” kompozisiyalı xalçalarının vətənə qaytarılması isə nəinki muzey, eyni zamanda ölkə səviyyəsində mühüm tarixi, mədəni əhəmiyyətə malik hadisələrdir.

Son xəbərlər

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930