Xəbərlər
13.11.2023, 20:33
Səməd Seyidov: Bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır
Bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır. Bu ölkədə təhsil alan tələbələrimizin sayı kifayət qədərdir. Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 40-cı ildönümü münasibətilə noyabrın 13-də Bakıda keçirilən tədbirdə səsləndirib.
Bu günlərdə Azərbaycan Zəfərinin 3-cü ildönümünü təntənə ilə qeyd etdiyini bildirən S.Seyidov Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.
"Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və hər birimizi qürurlandırır", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay