
Xəbərlər
10.11.2023, 11:07
Putinin mətbuat konfransı və "birbaşa xətt" nə vaxt olacaq?

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı və “birbaşa xətt” dekabrın 14-nə planlaşdırılıb.
Bu barədə RBC mənbələrə istinadən məlumat yayıb.
"Keçən il hər iki tədbir keçirilməmişdi, ondan əvvəl də uzun illər ayrı-ayrılıqda keçirilirdi: xalqla “birbaşa xətt” adətən (2020-ci il istisna olmaqla) iyunda, prezidentin mətbuat konfransı isə dekabrda keçirilirdi", - RBC yazıb.
Bu dəfə mətbuat konfransı və “birbaşa xətt” Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri və Putinin hələ iştirakını elan etmədiyi prezident seçkiləri ərəfəsində ilk dəfə keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












