Qalmaqallı psixoloq: Kamil Zeynallıya zəng etdim, şam yeməyi...


"Gözəlliyim sayəsində mənə jestlər edilib, bu bəlkə də daşıdığım xüsusiyyətlərə görə olub. Çünki elə adam var ki, xarici gözəlliyi ilə daşıdığı xüsusiyyətlər üst-üstə düşmür. Gözəlliyim başıma bəla da olub və olmaqda da davam edir. Əfsuslar olsun ki, bunu şəxsən yaşamışam..."

Bu sözləri psixoloq Samirə Bağırova qonaq olduğu "Künc-Bucaq" layihəsində deyib.

Gözəlliyinin başına bəla olduğunu bildirən psixoloq bəzən vəzifəli şəxslərdən buna görə "şam yeməyi" təklifləri aldığını da etiraf edib:

"Mən real hadisələr əsasında bir kitab yazmışam, az qalıb, bu yaxınlarda işıq üzü görəcək. Həmin kitabın nəşrinə dəstək üçün çox yerlərə müraciət etdim və sözün əsl mənasında şok yaşadım. Hara müraciət etdimsə, hamısı dedi ki, mənimlə şam yeməyinə gedək, ondan sonra dəstək olum. Təəccübdə qalmışdım ki, ölkədə nə baş verir?

Çox yorulmuşdum, istər dövlət məmurlarına, istər iş adamlarına müraciət etmişdim. İndi biz mədəni şəkildə buna "şam yeməyi" deyirik. Çox məyus oldum".

S.Bağırova kitabının nəşri üçün idmançı Kamil Zeynallının ona yardımçı olduğunu açıqlayıb:

"Sonda Kamil Zeynallı mənə yardım etdi, ona sadəcə bir zəng etdim. Şam yeməyi filan təklif etmədi, dedi ki, kitab nəşridirsə, yardım edərəm və bir saat ərzində başqa bir nəfərlə danışıb mənə kömək etdi. Həmin adam isə adının çəkilməsini istəmədi, Kamil Zeynallı vasitəsilə bu işdə mənə dəstək oldu.

İnsanın özü necə şərait yaradırsa, o cür də olur. Buna razılaşan və bundan çox məmnun olan xanımlar da var. Elə xanımlar var, yanıma gəlib deyirlər ki, mən işə düzəlmək istəyirəm və eyni zamanda, həmin şirkətin rəhbəri ilə münasibətimin də olmasını istəyirəm, iş müsahibəsinə necə getməliyəm? Hər şey insanın özündən asılıdır. Çox şey təklif oluna bilər, məsələ ondadır ki, sən bunu qəbul edirsən, ya yox".(Yenisabah.az)

Son xəbərlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930