Ötən 20 il - Milli dövlətçiliyimizin ən uğurlu dövrü ŞƏRH
Son 20 il Azərbaycanın strateji hədəflərə nail olması baxımından milli dövlətçiliyimizin ən uğurlu dövrüdür.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə güclü dövlətə çevrilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Hələ 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Heydər oğlu Əliyev andiçmə mərasimində əsas hədəf kimi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsini bəyan etdi. Əsas hədəflər güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi idi.
“Təsadüfi deyil ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Azərbaycan regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfə verib.
Güclü iqtisadiyyat – güclü dövlət formulu uğurla reallaşdırılıb. Dövlət başçımızın da söylədiyi kimi, güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Əldə olunan nailiyyətlər özünü rəqəmlərdə daha qabarıq göstərir. Belə ki, 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib. Büdcə xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb. Yoxsulluq səviyyəsi 44.7 faizdən 5.5 faizə enib", - deyə K.Nurullayeva diqqətə çatdırıb.
Deputat bildirib ki, qazanılan kapital Azərbaycan vətəndaşının rifahına və ölkənin inkişafına xərclənir. Prezident İlham Əliyevin söylədiyi kimi, “görülən bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”.
“Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir” deyən Prezident İlham Əliyev ilk gündən ölkəmizin ərazi bütövlüyünün bərpasını əsas vəzifə kimi qarşıya qoymuşdu. Təsadüfi deyil ki, 2003-cü ildən etibarən hərbi xərclər 15 dəfədən çox artırılıb. Azərbaycan Ordusu ən müasir silahlarla və texnika ilə təchiz olunub. Müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. Məhz bu güclü ordu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Ötən 20 il - Milli dövlətçiliyimizin ən uğurlu dövrü ŞƏRH

2023-cü ildə isə 24 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi.
Beləliklə, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə ölkə kimi tarixə düşdü. Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.
Bu gün əsas prioritetlərdən birinin Böyük Qayıdış və azad olunmuş ərazilərin bərpası olduğunu diqqətə çatdıran K.Nurullayeva deyib: "2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, 29 yaşayış məntəqəsinin təməli qoyulub. Azad olunmuş ərazilərə müharibədən cəmi il yarım sonra ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub. İlin sonuna qədər ümumilikdə 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Azad olunmuş ərazilərdə 3 hava limanı inşa olunub. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı və Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilməkdədir".
Deputatın sözlərinə görə, son 20 ilin mənzərəsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran siyasi xadimdir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə inkişaf və zəfər yolunu inamla davam etdirir.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

“Alovlu Keçi” ili gəlir: Nə vəd edir?

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşdü

Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik

Bakıda yeni park salınır - FOTOLENT

Sabah Azərbaycanda hava yağışlı olacaq

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031