Azərbaycanda şok bahalaşma gözlənilir - Oktyabrın sonlarından...FOTO
Bir neçə həftədən sonra yay mövsümü ilə vidalaşaraq payızı qarşılayacağıq. Payız, ardınca qış aylarında bir sıra məhsulların bahalaşacağı proqnozlaşdırılır.
Qlobal.net bildirir ki bahalaşmanın səbəbləri kimi həm mövsümə görə tələbatın dəyişməsi, həm də inflyasiya göstərilir. Artıq ət və ət məhsullarında artım müşahidə edilir.
Azərbaycanda şok bahalaşma gözlənilir - Oktyabrın sonlarından...FOTO

Məsələ ilə bağlı saytımıza danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev payızda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərinin cüzi arta biləcəyini vurğulayıb: “Proqnoz vermək çox çətindir. Ancaq payız mövsümündə, əlbəttə ki, kənd təsərrüfatı məhsulları azalır. Meyvənin qiymətlərində ucuzlaşma müşahidə oluna bilər. Yay mövsümündə xiyar, pomidor, eləcə də bir sıra digər məhsullar və göy-göyərti çoxluq təşkil edir. Buna görə də onların qiymətində elə də artım müşahidə edilmir. Ancaq payız mövsümündə bu məhsullar azaldığına görə, müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər. Ətin qiyməti arta bilər. Pomidor və xiyarın qiyməti artacaq. Lobya, kələm, kartof, soğan kimi məhsulların da qiymətində cüzi artım ola bilər”.
Azərbaycanda şok bahalaşma gözlənilir - Oktyabrın sonlarından...FOTO

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, sentyabr ayında elə də ciddi artım şokları gözlənilmir: “Xaçmaz və digər şimal bölgələrində açıq sahədə pomidor gec çıxır. Buna görə məhsulun bol vaxtı sentyabr ayına düşəcək. Beləliklə, onun da qiymətində ucuzlaşma olacaq. Ətin qiymətində 1 manat, bəzi yerlərdə isə 2 manat bahalaşma var. Biz bu qiymət artımını daha tez gözləyirdik, ertələndi. Eyni təsirə malik olan kərə yağının bahalaşmasını da gözləyirik.Sentyabr ayında ciddi bahalaşmadan söhbət getməyəcək. Ətin qiyməti məxsusi olaraq, daxili istehsalın kəskin azalması ilə bağlıdır. Çünki dünya bazarında da bir sıra təlatümlər var. Məsələn, taxıl sazişinin pozulması var. Bu dünya bazarında ərzaq buğdasının, un məhsullarının qiymətinə təsir edir. Amma məsələ orasındadır ki, bolluq var. Bolluq bu vəziyyəti kompensasiya edir. Bu il bütün dünyada taxıl məhsulu boldur. Rusiya hər il 35-40 milyon ton ərzaq buğdası istehsal edirdi. Bu il isə 48 milyon ton ərzaq buğdası istehsal edir. Digər istehsalçılar da 8,10,15, Hindistan isə ümumiyyətlə 20 faiz artıq buğda istehsal edib".
Ekspert söyləyib ki, əsas artım şokları oktyabrın sonlarından başlayacaq: "Bu dövrdə dünya bazarında da qiymətlərin bahalaşması gözlənilir. Meyvə, əsasən də tərəvəz mövsümü başa çatacaq. Tərəvəz məhsulu sona çatandan sonra yenidən biz ətin, yağın, süd və süd məhsullarının qiymətində artım müşahidə edəcəyik".
Azərbaycanda şok bahalaşma gözlənilir - Oktyabrın sonlarından...FOTO

İqtisadçı ekspert Natiq Cəfərli də qiymət artımının olacağını düşünür: "Azərbaycanda payız aylarında hər il ənənəvi olaraq yerli məhsulların, yəni payız məhsullarının tərəvəzin qiymətində müəyyən ucuzlaşma olurdu. Amma indi vəziyyət tamam fərqlidir. Ümumi inflyasiya səviyyəsi yüksək olduğuna görə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər məcburdular ki, öz məhsullarını daha baha qiymətə satsınlar. Bununla onlar infilyasiyaya ayaq uydurmağa çalışırlar. Onlar da istehlakçıdırlar. Başqa məhsulları istehlak edirlər. Bizdə inflyasiyanın yüksək olması digər sahələrə, yəni ənənəvi olaraq ucuz ola biləcək sahələrə də təsir göstərir. Beləliklə də, həmin sahələrdə də qiymət artımı olur. Azərbaycanın bir “pis” ənənəsi də var. Yeni il qabağı dekabrdan başlayaraq, bayramla əlaqədar olaraq ərzaq məhsullarına tələb artır. Bu isə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olur. Çox güman ki, bu il də belə bir mənzərə ilə qarşılaşa bilərik".(modern)

Son xəbərlər

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930