Prezident qərar verib, Vergilər Nazirliyi isə susur....
Dünyanın bir çox ölkəsində olduğu kimi, son zamanlar Azərbaycanda da hibrid mühərrikli avtomobillərə maraq artır. Ekoloji cəhətdən də təmiz olan bu avtomobillər yanacaq qənaəti üçün də idealdır. Belə ki, hibrid mühərrikli avtomobil şəhər rejimində 4-5 litr yanacaq sərf edir. Ən əsas isə ətraf mühitə bu avtomobillər az ziyan vururlar. Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Gürcüstanda hibrid mühərrikli avtomobillərin daha ucuz və əlçatan olması üçün, ölkəyə idxalı zamanı gömrük rüsumunda 60% güzəşt tətbiq edilir.

Qlobal istiləşmə dünyanın ciddi probleminə çevrildiyi zamanda, Azərbaycanda da havaya xeyli miqdarda zəhərli tullantı buraxılır. Bu da həqiqətdir ki, havaya buraxılan zəhərli tullantıların əsas mənbəyi avtomobillərdir və bu problemin həllində ciddi rol oynayacaq məsələlərdən də biri, insanların daha çox elektromobillərə, hibrid mühərrikli maşınlara meyillənməsidir.

Bəs görəsən, Azərbaycan niyə hibrid avtomobillərin idxalını vergidən azad etməyə tələsmir?

2018-ci ildə prezident İlham Əliyev "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”-nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Müəyyənləşən dövlət proqramında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələsi də öz əksini tapıb. Eyni zamanda, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.

Amma konkret olan hansısa fəaliyyət və qərar görünmür.

Azərbaycana hibrid mühərrikli avtomobillərin ilk olaraq gətirlməsini həyata keçirən "Toyota Azərbaycan"ın nümayəndəsi Sabir Kazımzadə deyir ki, gömrük rüsumlarında güzəştlər vacibdir.

Onun sözlərinə görə, onlar da bu məsələ ilə bağlı dəfələrlər müxtəlif dövlət qurulmarı ilə danışıblar.

"Bilirsiniz, hibrid mühərrikli avtomobillər ekoloji cəhətdən çox önəmlidir və eyni zamanda yanacaqdan sitifadəni də xeyli miqdarda azaldacaq. Bununla bağlı cənab prezidentin imzaladığı sərəncam var, dövlət proqramı var. Biz də müxtəlif vaxtlarda dövlət qurumları ilə danışmışıq və onlar da bildiriblər ki, bu məsələnin üzərində işləyirlər. Burada daha çox iş dövlət qurumlarının üzərinə düşür. Bu biznes məsələsi deyil, ən çox ətraf – mühit üçün önəmlidir. Benzin və ya dizellə işləyən avtomobillər havaya daha çox zərərli tullantılar buraxır və bu sonradan insalarda, xüsusən, uşaqlarda ciddi tənəffüs problemi yaradır. Dövlət qurumları bu programın üzərində işləyib məsələnin həllinə nail olmalıdır və biz də mütəmadi olaraq bunu deyirik ki, gömrük rüsumunda güzəştlər tətbiq edilməlidir”, - deyə "Toyota Azərbaycan"ın nümayəndəsi Sabir Kazımzadə bildirib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də danışdıq.

Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyir ki, onlar da bu məsələ ilə bağlı xeyli işlər görür və görməyə çalışırlar.

Onun sözlərinə görə, onların bu sahədə fəaliyyəti təkcə hibrid mühərrikli avtomobillərin istifadəsinə təşviq etməklə bağlı deyil, eyni zamanda, dizel və ya benzinlə işləyən köhnəılmiş avtomobillərin də az istifadəsinə nail olmaqdır.

"Biz də düşünürük ki, hibrid mühərrikli avtomobillər əlçatan olmalıdır və onların ölkəyə buraxılması asanlaşmalıdır. Insanları bu yöndə təşviq etməliyik. Bununla bağlı dövlət proqramı var və biz də işlər görürük, təkliflər veririk. Bu avtomobillərin istismarının genişlənməsində maraqlıyıq. Biz bununla da yanaşı, çalışırıq ki, dizel və benzinlə işləyən köhnə avtomobillərində as istismarına nail olaq. Çünki havaya böyük miqdarda zəhərli tullantılar buraxırlar və buda ciddi ekoloji problemə səbəb olur”, - deyə Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Məsələ ilə əlaqədar Vergilər Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz isə boşa çıxdı. Problemin həllində əsas məsul olan bu qurum hələ də susur.

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31