İranda “Bəluç soyqırımı” yenidən gündəm oldu - VİDEO

Avqustun 2-dən etibarən “Twitter”in İran seqmentində “Bəluç soyqırımı” həştəqi ilə kütləvi paylaşımlara başlanılıb.

Aksiyaya səbəb iyulun 30 və 31-də, yəni 48 saat ərzində İran hökuməti tərəfindən 12 bəluç vətəndaşın, eləcə də bir əfqanın edam olunmasıdır. Ən dəhşətlisi budur ki, həmin şəxslərin edam olunmazdan qabaq ailə üzvləri və yaxınları ilə son görüşünə belə imkan verilməyib. İctimai və siyasi fəallar sosial şəbəkələrdə həmin şəxslərin adlarını və şəkillərini yayıblar.

Edam edilənlər arasında 72 yaşlı bir fermer də vardır. Aksiya ilə bağlı İran İnsan Haqları Təşkilatının rəsmi Tvitter hesabında yazılıb: “İranlılar ölkədə bəluçların edam olunmasının son artımına qarşı kampaniyaya başlayıblar. Bəluçlar müxtəlif məlumatlara görə, İran əhalisinin ümumi sayının 2-6 faizini təşkil edirlər, lakin İranda 2022-ci ildə icra olunmuş bütün edamların 30 faizi, 2023-cü ilin ilk altı ayındakı edamların isə 20 faizi bəluçların payına düşüb.

Narkotik maddələrə görə edam olunanlar içərisində də bəluçların sayı çox yüksəkdir. 2022-ci ildə ölkə üzrə narkotik ittihamı ilə edam edilənlərin 47,3 faizi bəluçlar olub.
Mövzu ilə bağlı digər statistik məlumatlar da açıqlanıb. Məsələn, tanınmış jurnalist Əli Cavanmərdi yazıb:

“Son üç ayda İranda ən azı 72 bəluç mənşəli məhbus edam olunub. Aparıcı informasiya agentliklərinin və beynəlxalq ictimaiyyətin susması fonunda bəluç vətəndaşların edam edilməsi hallarının kəskin yüksəlişi ciddi narahatlıq doğurur”. Məsələ ilə əlaqədar əm çox vurğulanan məqam da məhz beynəlxalq media və ictimaiyyətin İranda bəluç xalqına qarşı törədilən vəhşiliklərə susması olub. Bəluçistanda baş verənləri işıqlandıran “Halvəş” saytının rəhbəri, jurnalist və hüquq müdafiəçisi Şirəhməd Şirani Naruyi problemin bu cəhətinə toxunaraq yazıb: “Hər gün Bəluçistanda İran İslam Respublikası ağır cinayətlər törədir, lakin kütləvi informasiya vasitələri bu cinayətlərə diqqət yetirmir, halbuki bunlar insanlığa qarşı cinayətlərdir. Biz bu sükutun səbəbini bilmək istəyirik”.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Son xəbərlər

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930