Xəbərlər
17.07.2023, 00:11
Somali ordusu “əş-Şəbab”ın 18 yaraqlısını məhv edib
Somali Milli Ordusu ölkənin mərkəzi Qalmuduq əyalətində apardığı əməliyyatlarda “əş-Şabab” qruplaşmasının 18 yaraqlısını məhv edib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Somali xəbər agentliyi informasiya, mədəniyyət və turizm nazirinin müavini Abdirahman Yusuf al-Adalaya istinadən xəbər verir ki, hərbçilər bir neçə saat davam edən hücum zamanı “əş-Şəbab” yaraqlılarının sığınacaqlarını hədəf alıb, onların şəbəkəsini məhv edib və yaraqlıların komandirləri öldürülüb.
"Şənbə günü günortadan sonra bölgədə keçirilən xüsusi əməliyyat zamanı qüvvələrimiz Budbud və Qalcad şəhərlərində terror şəbəkələrini məhv edib. Hərbçilərimiz terror qrupunun komandirlərini məhv etməyə müvəffəq olub”, - al-Adala bildirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay