FHN-in komandası Ümummilli Liderin 100 illiyinə həsr edilmiş minifutbol turnirinin qalibi olub - FOTO
Mayın 7-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən ilin noyabrında start götürən turnirdə 52 komanda birincilik uğrunda mübarizə aparıb. İlkin mərhələdə komandalar hər birində 13 kollektiv olan 4 qrupda yarışıblar.

On iki oyundan ibarət ilkin mərhələyə cari ilin fevralında yekun vurulub. Qrupda ilk səkkiz pillədə qərarlaşan komandalar mübarizəni pley-off mərhələsində davam etdiriblər. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksəliblər. İkinci mərhələyə vəsiqə qazanmış 16 komanda 4 qrupda mübarizə aparıb. Qrup qalibi komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə ediblər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda matça çıxıblar.

SOCAR komandası Dövlət Gömrük Komitəsi ilə üçüncü yer uğrunda görüşdə üz-üzə gəlib. Rəqibini minimal hesabla məğlub edən SOCAR turnirin bürünc medalına sahib olub – 1:0.

Final görüşündə Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıblar.

Həlledici görüşü dövlət və hökumət rəsmiləri də izləyiblər.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən FHN turnirin qalibi olub – 8:7.

Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digərləri təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu Əli Səfərov (DTX), bombardiri Səttar Qədirov (33 qol, FHN), ən yaxşı qapıçı Yəhya Nağıyev (FHN) seçilib, “fair-play” nominasiyasında Xarici İşlər Nazirliyinin komandası mükafatlandırılıb.

Yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) minifutbol komandası da mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilən yarışa maraq böyük olub.
FHN-in komandası Ümummilli Liderin 100 illiyinə həsr edilmiş minifutbol turnirinin qalibi olub - FOTO
FHN-in komandası Ümummilli Liderin 100 illiyinə həsr edilmiş minifutbol turnirinin qalibi olub - FOTO
FHN-in komandası Ümummilli Liderin 100 illiyinə həsr edilmiş minifutbol turnirinin qalibi olub - FOTO

Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031