Doqquz yüz il tarixi olan “sadə” mərasim
Böyük Britaniyanın 39-cu Kralı III Çarlzın Vestminster abbatlığında olacaq tacqoyma mərasimi yeni monarxın daha sadə monarxiya baxışını əks etdirən ənənələrin və müasirliyin unikal vəhdəti olacaq.

“Ancient Origins” yazır ki, Kral II Çarlzın tacqoyma mərasiminin zəngin tarixi ənənələri var. Doqquz yüz ildən artıq tarixi olan bu qədim ayin Avropada qorunub saxlanılan yeganə dini mərasimdir. Sevimli Kraliça II Elizabetin təxminən 9 ay davam edən matəminin ardından bu mərasim mayın 6-da baş tutacaq.

Qeyd edək ki, dünyanın 129 ölkəsindən 8251 qonağın iştirak etdiyi və Vestminster abbatlığının beş ay bağlanmasına səbəb olan Kraliça II Elizabetin tacqoyma mərasimindən fərqli olaraq, Kral III Çarlzın tacqoyma mərasimi daha yığcam hadisə olacaq. Bu tədbirdə cəmi 2 min qonaq iştirak edəcək ki, bu da yeni Kralın daha kompakt və müasir monarxiya mövqeyini əks etdirəcək. Mərasim, həmçinin daha ucuz başa gələcək və qısa olacaq. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədbirə müxtəlif ictimai qruplar və dini təriqətlər dəvət olunub.

Mərasim monarxın qanunlara uyğun hökmranlıq edəcəyi, şəfqət və ədaləti təmin edəcəyi, ingilis kilsəsini dəstəkləyəcəyi vədlərinin rəmzi olacaq tacqoyma andı ilə başlayacaq. Tacqoyma reqaliyasında yerləşən və “Tacın ləl-cavahiratı” kimi tanınan dörd qılınc bu vədləri təmsil edir. Sonra Kenterberi arxiyepiskopu monarxa xeyir-dua verəcək, dini ayinləri yerinə yetirəcək. III Çarlz 1300-cü ildə hazırlanmış və 1626-cı ildən bəri hər bir kralın istifadə etdiyi Kral Edvardın kürsüsündə əyləşəcək.

Kral III Çarlza İngiltərə-Britaniya tacqoyma reqaliyalarının əsas elementi olan kürə təqdim ediləcək. Bu əşya 1661-ci ildə II Çarlzın tacqoyma mərasimi üçün zərgər Robert Vİner tərəfindən hazırlanıb və monarxın hakimiyyət və nüfuzunun rəmzidir. Reqaliyaların daha bir mühüm əşyası olan əsa isə ədalətli idarəçiliyi təcəssüm etdirir və kral və ya kraliçanın müvəqqəti hakimiyyətinin rəmzidir.

Kürə və əsanın təqdim edilməsindən sonra arxiyepiskop III Çarlzın başına üzərində 444 qiymətli daş-qaş olan Müqəddəs Edvardın tacını qoyacaq. Bu, çox mühüm məqamdır, belə ki, Britaniya ictimaiyyətinə mərasimdə fəal iştirak etmək və Krala sədaqət andı içmək təklif ediləcək. Eyni zamanda, bu hissə irsi perlərin yeni monarxa sədaqət andı içdiyi ənənəvi mərasimi əvəz edəcək.

Müqəddəs Birliyin bayram edilməsini də ehtiva edən kilsə ayini qaydaları arxiyepiskop tərəfindən yerinə yetiriləcək. Tacqoyma əzəmət və bayram təzahürü olmaqla yanaşı, həm də min ildən artıq müddətdə dəyişməz qalan təntənəli dini mərasimdir.
Doqquz yüz il tarixi olan “sadə” mərasim

Son xəbərlər

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31