İntiharların qarşısının almaq üçün Azərbaycanda plan hazırlanacaq - RəsmiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. Bu sahədə görüləcək işlərin müzakirəsi məqsədilə dəyirmi masa keçirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayının orta hesabla 60 faiz artdığını bildirib.

A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır.

Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. Bildirib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır. Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması cəhdləri səhiyyə və təhsil, əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir.

Dəyirmi masada İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq, İnklüzivlik, Uşaq və Təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur və digər BMT agentliklərinin, beynəlxalq və milli partnyorların, özəl sektorun nümayəndələri iştirak edirlər.

Yardım xəttləri, gənclərə dəstək, həssas qrupları hədəfləyən proqramlar və icmaların inkişafına yönələn proqramlar kimi, bir sıra yeni fəaliyyət növləri müzakirə olunur.

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31