Turaztv.az » Xəbərlər » Çin başqa ölkələrdə nüvə silahının yerləşdirilməməsinin tərəfdarıdır
Xəbərlər

Çin başqa ölkələrdə nüvə silahının yerləşdirilməməsinin tərəfdarıdır

01.04.2023, 00:13 456
Çin başqa ölkələrdə nüvə silahının yerləşdirilməməsinin tərəfdarıdır
Çin heç bir nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsinin tərəfdarıdır, həmçinin başqa ölkələrdə artıq yerləşdirilmiş nüvə silahlarının geri çəkilməsinə çağırır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu cümə günü Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Biz, nüvə mübadiləsi sazişlərinin ləğvinin də tərəfdarıyıq, hər hansı nüvə dövlətinin xaricdə nüvə silahı yerləşdirməməsini istəyirik", - diplomat deyib.

Onun sözlərinə görə, qlobal sabitliyin qorunmasına zəmanət vermək lazımdır.

Oxşar xəbərlər