CÜMŞÜD AYDƏMİROV: Dünən...və bu gün...FOTO
Dünən...və bu gün...

Son onilliklərdə gənc qızlar kənd oğlanları ilə ailə qurmaq istəmir, bunu şəhərdə yaşamaq istəkləri ilə bağlayır, ən yaxşı halda onlara da şəhərə gedib yaşamağı təklif edirlər.Nəticədə demoqrafik cəhətdən onsuz da ağır vəziyyətdə olan kəndlərimiz boşalır,kimsəsizləşir.Bu şeir həmin hisslərin təsiri ilə yarandı...
Hələ havalısan,hələ gözəlsən,
Doğma kənd-kəsəyim dar gəlir sənə.
Əlçatmaz arzusan,ilahi eşqsən,
Mənim dediklərim ar gəlir sənə!

Süzgün baxışlarla ağlımı alma,
Şirin gülüşünü demirəm hələ...
Hələ tezdi, deyib aradan çıxma,
Kəklik yerişini demirəm hələ...

Böyük arzulara deyib hələ yox,
Unutduq zamanı,qaçırdıq şansı.
Sən elə bilirdin zamanımız çox,
Saraldı gözümün kökü,qarası.

Daha nə bağ qalıb, nə də ki, bağban,
Alma yanaqların gül kimi solub.
Gör neçə il keçib həmin o vaxtdan,
Süzgün baxışların üzgünmü olub?

Kimdi bu sevgidə günah yiyəsi?
Qürurlu davranış, ədalı vərdiş...
Hanı həyatının gizli "bəlkə"si?
O "bəlkə" bəlkə də heç cücərməmiş...

Həmin kənd kəsəkdir, mən həminkiyəm,
Bir az gözlərimin nuru azalıb.
Qara saçlarıma çoxdan dən düşüb,
Bir az da qəlbimin odu azalıb.

Amma ki, eşqimdən şikayətim yox,
Yandırıb yaxmağa gücüm var hələ!..
Meylimi salmışam şeirə lap çox,
Hələ deyəcəyim,sözüm var hələ!..

Aldanma dövlətə, şöhrətə qızlar,
Ağıl yiyəsinin gücünə güc qat!
Şöhrət düşkünləri məzlum olurlar,
Məğrur kişilərin başını ucalt!

Sevgi bağlarını bərk düyünlə ki,
Şeytan hiylələsiylə heç açılmasın!
Getdiyin yad evdə elə yaşa ki,
Ocağın gur yansın qan qaralmasın!

Başına gələnlər başmaqçı olar,
Başmağın mübarək, Cümşüd Aydəmir!
Uğursuz sevgidən cütlük uduzar,
Uduzan cütlüyün sayı bilinmir...


Cümşüd Aydəmir,
Xudat. 02.03.23

CÜMŞÜD AYDƏMİROV: Dünən...və bu gün...FOTO
CÜMŞÜD AYDƏMİROV: Dünən...və bu gün...FOTO

Son xəbərlər

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930