Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun başçılıq etdiyi nümayəndə heyəti fevralın 28-də Səngəçal terminalında olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya Baş nazirinin müavini Kelemen Hunor, “Transgaz” və “Transelectrica” milli şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslərin də yer aldığı nümayəndə heyətinin terminalla tanışlığı Xəzər Enerji Mərkəzinin yanında sərgilənən, Cənub Qaz Dəhlizi layihəsinin rəmzi olan borunun qarşısından başlayıb.

bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli və terminalın istehsalat üzrə meneceri Vüsal Şəfiyev nümayəndə heyətinə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın ən mühüm strateji mərkəzi və bp şirkətinin əməliyyatçısı olduğu Səngəçal terminalı dünyanın ən böyük inteqrasiya edilmiş unikal neft-qaz terminalıdır.

Q.Rəhimli qonaqlara ölkəmizin neft tarixinin xronologiyası barədə ətraflı məlumat verərək bildirib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, eyni zamanda, milli qürur mənbəyidir.

Ölkəmizin neft sənayesində birinciliklər, eləcə də dünya tarixində Azərbaycanın əldə etdiyi ilklər də qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu Bibiheybətdə qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” gəmisi dünyada ilk neft tankeri olub. 1901-ci ildə Bakıda çıxarılan 11,5 milyon ton neft dünya neft hasilatının 50 faizindən çoxunu təşkil edib. Dünyada ilk ən uzun neft kəməri (833 kilometr) 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xəttidir. İkinci Dünya müharibəsi illərində SSRİ-də neftin 76 faizini hasil edən Azərbaycan sovet ordusunu yanacaqla təchiz edərək Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb. 1949-cu ildə Xəzərin “Neft daşları” yatağında Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdən neft çıxarmağa başlayıb. “Neft daşları” Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. Eyni zamanda qeyd olunub ki, XIX əsrin ikinci yarısında məşhur xarici iş adamları, o cümlədən Rotşildlər və Nobel qardaşları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına təsis edilmişdi. Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sahələrindəki yataqların kəşf olunması və neft-kimya sənayesinin inkişafı ilə səciyyələnirdi.

Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Sonra qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsini gəziblər.

Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır. “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft və “Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 688 hektardan çoxdur. Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Gündəlik qaz emal həcmi isə 81 milyon kubmetrdir. Xam neft saxlama həcmi 4 milyon barelə yaxındır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası və ixrac boru kəmərlərinin fəaliyyətini nəzarətdə saxlayan, problemləri aşkara çıxara bilən nəzarət idarəetmə mərkəzi ilə də tanış olublar.

Onlara “Şahdəniz” yatağından hasil olan qazın qaz istehlakçılarına necə nəql edilməsi, istehsalatdan başlayaraq əməliyyatlara qədər, məhsulun həcmi, ölçmələrdən tutmuş həcmlərin nəzarəti, boru kəmərlərinin ixracı, boru kəməri sisteminin təhlükəsizliyini təmin edilməsi barədə məlumat verilib.

Qeyd olunub ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirib. Səngəçal terminalı qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Terminaldan başlayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və “Şahdəniz-2” layihəsi, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz Boru Kəməri Avropanın enerji təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinə əlavə təminat verir.

Sonda bp şirkətinin adından İon-Marçel Çolakoya rəmzi məna daşıyan “Neft bareli” və Azərbaycanın miniatür sənətinə həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabı hədiyyə olunub.
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR
Rumıniya nümayəndə heyəti Səngəçal terminalında olub - FOTOLAR

Son xəbərlər

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Xəzərdə zəlzələ olub

Britaniyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930